Avstriyanın paytaxtı Vyanada Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş olunub. ..
"Report"un yerli bürosu xəbər verir ki, Vyanada parlamentin qarşısına yığışan soydaşlarımız Xocalı faciəsinə dair film nümayiş etdiriblər.
Filmdə Xocalı faciəsinə dair həqiqətlər öz əksini tapıb.
Qeyd edək ki, Avtriyanın paytaxtı Vyana şəhərində Xocalı qətliamına həsr olunmuş mitinq davam edir. Xocalı qətliamının həqiqətlərinin dünyaya çatdırııması və ədalətin bərpa olunmasını tələb etmək üçün dünyanın 31 ölkəsindən, 74 şəhərindən gələn soydaşlarımız bu gün Avstriyanın paytaxtında toplaşıblar. Onlar dünyanın bütün dillərində, habelə polyak, italyan, frandız, alman və digər dillərdə dünya icrimaiyyətinə müraciət edərək o Xocalıya dair həqiqətləri çatdırırlar.
Poliqon.info