Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerikalı ekspert: “Azərbaycan qazı Avropanı enerji böhranından xilas edə bilər”

“Bir ildir ki, Rusiya-Ukrayna müharibəsi başlayıb və biz enerji sektorunda, humanitar sahədə bu münaqişənin yaratdığı dəhşətlərlə üz-üzəyik”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Kolumbiya Universitetinin qlobal enerji siyasəti üzrə baş tədqiqatçısı Conatan Elkind azərbaycanlı jurnalistlərin suallarını cavablandırarkən (“Zoom” vasitəsilə) deyib. O bildirib ki, Rusiya təkcə Avropada deyil, bütün dünya üzrə qlobal böhran yaradıb.

“Ölkələr arasındakı enerji mübadiləsi, ticarət marşrutları özü çətin bir vəziyyətə düşdü. Qeyri-enerji sektorunda da qiymətlər həddindən artıq bahalaşıb. Dünya enerji mövqeyi cəhətdən çox böhranlı bir vəziyyətlə qarşılaşıb”, - deyə o əlavə edib.

Mütəxəssis Azərbaycanın enerji istiqamətindəki fəaliyyətindən də söz açıb. O bildirib ki, Azərbaycan enerji sektorunda mühüm addımlar atıb.

Avropa rəhbərləri düşünürdülər ki, Azərbaycandan alternativ marşrutla qaz almaq olar və bu, reallaşdı. Hazırda Azərbaycan qazının çox böyük əhəmiyyəti var ki, Avropanı enerji böhranından xilas etsin”, - deyə o əlavə edib.

Bildirək ki, Conatan Elkind 2009-2017-ci illərdə Barak Obama administrasiyasında enerji siyasətini koordinasiya edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xalq artisti Emin Ağalarov Kürdəxanıda yaşayış binaları tikəcək

Azərbaycanda televiziya kanalına yeni rəhbər təyin olundu

Türkiyədə növbədənkənar prezident seçkiləri 2027-ci ilin ortasından sonra müzakirə oluna bilər

Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür

COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır

Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir

Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq

Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq

Ən çox oxunanalar