Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Ermənistana göndərilən Avropa İttifaqı misssiyasının mülki xarakter daşıdığına şübhə edir

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi rəsmi nümayəndəsi Mariya Zaxarova adından qurumun rəsmi internet səhifəsində avropalı müşahidəçilərin yeni missiyası ilə bağlı açıqlamasında bildirilib.

“Biz artıq Avropa İttifaqı (Aİ) Şurasının Ermənistandakı missiyasının təsis edilməsi ilə bağlı qərarını şərh etmişik.

Yeni missiyanın müstəsna mülki xarakter daşıdığını vurğulayan Avropa İttifaqının nümayəndələri qeyri-səmimidirlər. Bu, Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində baş verir. Ona görə də buna müvafiq münasibət bildirilməlidir. Təəssüf ki, biz Avropa İttifaqının və bütövlükdə Qərbin müttəfiqimiz Ermənistanda hər hansı bir vasitə ilə möhkəmlənmək səylərini ilk dəfə deyil qeydə alırıq. Biz bu cəhdlərdə Cənubi Qafqazda münasibətlərin real normallaşması maraqlarından uzaq, müstəsna geosiyasi vəziyyət görürük. Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və təhlükəsizliyin əsas təminatçısı kimi tarixi rolunu zəiflətmək üçün hər şey edilir. Bakının bu təşəbbüslə bağlı səsləndirdiyi mənfi qiymətləndirmələrə məhəl qoyulmur”, - deyə Zaxarova vurğulayıb.

Rusiya XİN-in sözçüsü əlavə edib ki, Avropa İttifaqının müxtəlif regional münaqişələrin həllində iştirak təcrübəsi birmənalı deyil:
“Çətin ki, Brüssel bu sahədə uğurları ilə öyünə bilsin. Məsələn, vasitəçilik səylərini və Aİ-nin Serbiyanın Kosovodakı missiyasını götürək. Aİ-nin Ermənistanda yeni missiya ilə bağlı qərarını qiymətləndirərkən bunu nəzərə almaq lazımdır.

Əminik ki, Rusiya, AzərbaycanErmənistan liderləri arasında imzalanmış razılaşmalar kompleksi yaxın gələcəkdə regionda sabitlik və təhlükəsizliyin əsas faktoru olaraq qalır. Onların hərtərəfli həyata keçirilməsi, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, iki ölkənin ictimaiyyəti, ekspertləri, dini dairələri, parlamentariləri arasında əlaqələrin qurulması, o cümlədən sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar regiondakı vəziyyəti sağlamlaşdırmağın birbaşa yoludur. Rusiya Federasiyası buna hər cür töhfə verməyə hazırdır",- deyə Zaxarovanın açıqlmasında qeyd olunub.

poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Ərdoğan: Yaxın Şərqdə hiyləgər planlar işə düşüb

Azərbaycanın inventarına daxil olunacaq "JF-17": Türkiyə əsas rol oynaya bilər

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb

Məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 7000 manatadək cərimə tətbiq olunacaq

Azərbaycan Premyer Liqası: "Kəpəz" "Neftçi"yə qalib gəlib

AYNA: Azərbaycan-Rusiya sərhədində 350 avtomobil gözləyir

"İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirilib - Fotolar 

Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər 1000 manatdan 2500 manatadək cərimələnəcək

Bu il əlilliyi olan şəxslərə 1500-ə qədər reabilitasiya vasitəsi təqdim edilib

Ən çox oxunanalar