Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid ailələri və müharibə iştirakçılarına göstərilən sosial xidmətlərin sayı açıqlanıb

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan geniş miqyaslı sosial dəstək tədbirləri davam edir...

Nazirlikdən Poliqon.info-ya bildirilib ki, bu tədbirlər çərçivəsində həmin kateqoriyalara aid 122 min şəxsə sosial dəstək yönümlü 269 min xidmət göstərilib.

Belə ki, postmüharibə dövründə102 min şəxsə 114 min aylıq sosial ödəniş, 16,9 min şəxs üzrə birdəfəlik ödəmə təyin olunub, 3253 şəxsə sığorta ödənişi verilib;

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara, digər həssas qruplara yönələn sosial ödənişlər hər ilin əvvəlindən artırılıb;

Həmin vətəndaşların mənzillə təminat proqramı 5 dəfə genişlənib və onlara 4 500 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olanlara 324 avtomobil təqdim edilib;

Şəhid ailələri üzvləri, müharibə iştirakçılarından ibarət 11 min nəfərə 38,2 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib;

Müharibə ilə əlaqədar əlilliyi olan 1813 şəxs 31 913 reabilitasiya vasitəsi, 400 nəfər 417 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib;

Şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 16,9 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 9,6 min şəxs özünüməşğulluq proqramına cəlb olunub;

Vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 75,3 min şəxsə xidmətlər göstərilib və s.

poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

Şirvanda qəza nəticəsində ölən piyadanın kimliyi məlum olub - Yenilənib

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

AMEA prezidentinə müşavirlər təyin olunub - Foto

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Dünyada İlk : İnsan 1-ci tip şəkərli diabetdən sağaldı

Ən çox oxunanalar