Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynanın Türkiyə və BMT-dən tələbi: Rusiyaya təzyiq edin...

Ukrayna Türkiyə və BMT-dən taxıl dəhlizinin işində süni ləngimələrə görə Rusiyaya təsir göstərməyi tələb edir...

Rusiya taxılla gəmilərin keçidini bilərəkdən gecikdirir, ona görə də bəziləri bir aydan çoxdur ki, Bosfor boğazında gözləyir”.

Poliqon.info Ukrayna mətbuatına istinadın xəbər verir ki, bu barədə Ukraynanın yenidən qurulması üzrə baş nazirin müavini, Ukraynanın icmaların, ərazilərin və infrastrukturun inkişafı naziri Aleksandr Kubrakov və Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın birgə bəyanatında deyilir.

“Ukrayna Rusiyanın Qara dəniz boyunca taxıl dəhlizinin işinin ləngiməsinə və bütövlükdə Qara Dəniz Taxıl Təşəbbüsünü sarsıdan, Qara dənizdə naviqasiyaya və ərzaq məhsullarının dünya bazarlarına sərbəst çıxışına mane olan dağıdıcı hərəkətlərindən narahatdır”, deyə bəyanatda bildirilir.

Bəyanatda qeyd edilir ki, İstanbulda Birgə Koordinasiya Mərkəzində təftiş qruplarının tərkibində fəaliyyət göstərən Rusiya nümayəndələri ardıcıl bir neçə aydır ki, Bosfor boğazı ilə Ukrayna limanlarından hərəkət edən gəmilərin yoxlanılmasını sistematik şəkildə ləngidirlər. Xüsusilə, Rusiya müfəttişləri yoxlamaların vaxtını uzadır, müntəzəm olaraq tənzimlənməyən sənədləri tələb edir, iş saatlarında belə işləməkdən imtina edir və yoxlamaları dayandırmaq üçün digər əsassız səbəblər axtarırlar. Belə ki, adətən gündə planlaşdırılan 10 yoxlamanın yarısından azı həyata keçirilir.

Rusiyanın belə dağıdıcı siyasəti Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində yük dövriyyəsinin sistemli şəkildə azalmasına səbəb olub. Nəticədə son üç ayda 10 milyon ton Ukrayna ərzaq məhsulları təyinat yerinə çatdırılmayıb və Bosfor boğazında 140-dan çox gəmidən ibarət növbə yaranıb ki, onların da əksəriyyəti bir aydan çoxdur orada gözləyir”. Deyə bəyanatda bildirilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Ən çox oxunanalar