Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səhiyyə Nazirliyi immunitetin gücləndirməyin üsullarını açıqlayıb

İmmun sistemin zəifləməsinin bir çox göstəricisi olsa da, ən mühüm göstəricisi tez-tez təkrarlayan infeksiyalardır...

"İmmun sistemini zəifləməsində anadangəlmə xroniki xəstəliklər və infeksiyalar kimi faktorlarla yanaşı, qeyri-sağlam qidalanmanın böyük təsiri var. İmmun sistemin zəifləməsinin ən çox yayılmış səbəbi balanssız qidalanmadır".

Bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

Onun sözlərinə görə, immun sistemin zəifləməsinin bir çox göstəricisi olsa da, ən mühüm göstəricisi tez-tez təkrarlayan infeksiyalardır: "İmmun sistemin zəifləməsi ilə halsızlıq, yorğunluq hissi, bədənin müxtəlif yerlərində ağrılar, təkrarlayan infeksiyalar, depressiya, saç tökülməsi, diqqət pozğunluğu kimi hallar müşahidə edilə bilər. İmmun sistemin zəifləməsi nəticəsində orqanizm xarici və daxili mühit amillərinə qarşı həssas olur və xəstəliklərə qarşı mübarizə qabiliyyətini itirir".

Terapevt bildirib ki, az proteinli qidalanma, artıq çəki və həddindən artıq arıqlıq immun sistemini zəiflədən amillərdir: "A, B6, B12, C, D və E vitaminləri, selen, dəmir və sink immun sisteminin kompleks reaksiyalarını sürətləndirir. Bunlardan hər hansı birinin olmaması bədənimizi xarici amillərə qarşı həssas edir. Siqaret və alkoqol istifadəsi, radiasiyaya məruz qalma, keyfiyyətsiz yuxu və yuxunun az olması, istirahət etməmək, həddindən artıq stress yükü, tez-tez antibiotik və digər dərmanların istifadəsi immun sistemimizin zəifləməsində rol oynayan əsas səbəblərdəndir".

Mütəxəssis hansı təbii vasitələrlə immuniteti gücləndirməyin mümkünlüyündən də danışıb: "Daha güclü immun sisteminə sahib olmaq üçün bədən çəkisini nəzarətdə saxlamaq, yəni artıq çəki qazanmamaq, eyni zamanda sürətli bir şəkildə arıqlamaqdan çəkinmək lazımdır. Bədənimizin mayeyə olan ehtiyacı qədər su içmək mütləqdir. Əgər ürək-damar sisteminizdə və böyrəklərdə hər hansısa bir probleminiz varsa, içəcəyiniz mayenin miqdarını öz həkiminizlə və ya müalicə edən mütəxəssislə məsləhətləşin. Yuxu rejimi güclü immunitetin əsas şərtlərindən biridir. “Fast food”dan uzaq durun, çünki bu qidaların kaloriyası yüksək olmasına baxmayaraq immun sistemə çox da müsbət təsir göstərmir".

"Keyfiyyətli və balanslaşdırılmış qidalanın. İmmun sistemini gücləndirmək üçün ən yaxşı üsullardan biri çoxlu meyvə-tərəvəz yemək və mövsümə uyğun təbii şirələr qəbul etməkdir. Ümumi gigiyenaya, əsasən də əllərin gigiyenasına diqqət yetirmək vacibdir. Müntəzəm olaraq idmanla məşğul olmaq güclü immun sistemi üçün vacibdir. Pis vərdişlərdən (tütünçəkmə və spirtli içkilərdən istifadə), əsəb və stressdən maksimum uzaq durmaq lazımdır. Bundan əlavə, vitamin D immun sisteminin stimullaşdırılmasında vacib rol oynayır. Vitamin D hüceyrə mikromühitində metabolik stresi azaldaraq orqanizmin təbii immunitetini dəstəkləyən bir vitamindir. Bədənin D vitamini sintezinə olan ehtiyacının 90%-i dəri tərəfindən günəş işığı ilə qarşılanır. Günəş işığından başqa ayran, pendir, qatıq, bitki yağı, balıq və balıq məhsulları, qaraciyər, yumurta sarısı, göbələk D vitamininin ən əhəmiyyətli mənbələrindəndir. Həmçinin D vitamini xəstəliklərə səbəb olan virus və bakteriyalarla mübarizə aparır" - Z.Quliyev əlavə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək

İsrail ordusu: Ötən il Qəzzada öldürülən 3 girovun meyitləri tapılıb

Sankt-Peterburqda hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb - Yenilənib

Lerikdə uçqun baş verən ərazi nəzarətə götürüldü

Ən çox oxunanalar