Fransa Senatı Ukraynaya silah tədarükünün artırılması ilə bağlı qətnamə qəbul edib…
Fransa Senatı səs çoxluğu ilə ölkə hakimiyyətini Ukraynaya göstərilən hərbi yardımın həcmini artırmağa çağıran qətnamə qəbul edib.
Poliqon.info xarici mətbuata əsasən xəbər verir ki, bu barədə Senatın Twitter hesabında məlumat verilib.
“Səsvermənin nəticəsi: lehinə 324, əleyhinə 16 səs”, deyə məlumatda deyilir.
Qeyd olunur ki, qətnamənin təşəbbüskarı fransalı senator və Senatdakı “Müstəqillər Qrupu” qrupunun rəhbəri Klod Malure və onun bəzi həmkarları olub. Malurenin sözlərinə görə, “davamlı sülhə” nail olmaq üçün “güc dilini öyrənmək” lazımdır.
Qeyd edək ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Ukraynaya ağır silahların, o cümlədən “Leclerc” tanklarının və ola bilsin ki, hərbi təyyarələrin tədarükü ilə bağlı hər hansı variantı istisna etmədiyini bildirib.
Poliqon.info