Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FT: Ukraynaya yardıma görə Avropada “sənaye imkanları uğrunda müharibə” gedir

Ukrayna gündə 5-6 min artilleriya mərmisi istehlak edir ki, bu da sülh dövründə kiçik bir Avropa ölkəsinin illik istehsal gücünə bərabərdir…

PİA.az bildirir ki, bu barədə Financial Times (FT) çiyindən atəş üçün sursat və silahlar istehsal edən Norveçin “Nammo” şirkətinin baş icraçı direktoru Morten Brandtzeqa istinadən xəbər verir.

Brandtzeg deyir ki, indi Avropada “sənaye gücü uğrunda müharibə” gedir. FT-yə görə, istehsalçıların milli sursat ehtiyatlarını artırmaq və Ukraynanı təchiz etmək üçün istehsalı artırmaq cəhdləri səbəbindən Avropada təchizat zənciri böhranı yaranıb.

“Sursat və partlayıcı maddələrə tələbatın artım tempi yenidən silahlanma yarışında Avropanın sənaye istehsal gücü üçün bir sınaq olub”, deyə Financial Times yazır.

“Vəziyyəti çətinləşdirən bir neçə əlavə amil isə koronavirus pandemiyasından sonra lojistika zəncirlərində yaranan problemlər və istehsal gücünü artırmaqla bağlı bəzi partlayıcı maddələr üçün kritik xammalın olmamasıdır. Bəzi komponentlərə o qədər böyük tələbat var ki, çatdırılma müddətləri aylardan illərə artıb”. deyə Brandtzeg bildirib.

Silah və sursat şirkətlərinin əksəriyyəti hökumətlərindən sifarişlər gözləyərək istehsal güclərini artırır və daha çox işçi işə götürür.

“Hazırda biz müştərilərimizin tələbatını ödəmək üçün istehsalı artırırıq. Bu, çətin məsələdir, lakin biz bunun üzərində işləyirik”, deyə hərbi partlayıcı maddələr istehsalçısı olan “Eurenco” şirkətinin baş direktor müavini Yves Tressac bildirib.

Tressac bildirib ki, partlayıcı maddələr hazırlamaq üçün az miqdarda istifadə edilən nitrat turşusunun alınması xüsusi problemə çevrilib. Bu turşu həm də gübrə istehsalında əsas tərkib hissəsidir və bu üzdən nitrat turşusunun çatışmamazlığı gübrə istehsalında da problem yarada bilər.

Britaniyanın “Chemring” şirkətinin Baş icraçı direktörü Mick Ord FT-yə deyib ki, müdafiə podratçıları ondan bir sıra partlayıcı maddələr istehsalını 100%-dən 200%-ə qədər artıra biləcəyini soruşublar.

Ord izah edir ki, istehsal həcminin artırılması yeni zavodlara xeyli vaxt və investisiya tələb edir.

“Bunlar kifayət qədər kapital tutumlu layihələrdir, onların tikintisi, istismara verilməsi və işə salınması bir neçə il çəkir. Bu, sadəcə keçidi çevirə biləcəyiniz bir tədarük zənciri deyil”, deyə bildirib.

Bir sıra müdafiə şirkətləri üçün mərmi və digər komponentlər istehsal edən Britaniya şirkəti “Denroy” polimerlər və kompozitlər kimi müəyyən materialları əvvəlcədən sifariş verdiyi üçün əlverişli mövqedədir.

“Böhran şirkətləri tədarükçülərlə, eləcə də tədarük zəncirinə aid olmayanlarla daha sıx işləməyə sövq edir”, deyə FT yazır.

Nəşr başqa bir yeni tendensiya kimi Aİ daxilində silah sektorunda satınalmaların birləşdirilməsi və bu istehsal sahəsində ölkələr arasında əməkdaşlığın gücləndirilməsi imkanlarının müzakirəsinə çağırıb. Qəzet xatırladır ki, bu təşəbbüsün əsası 2004-cü ildə yaradılmış Avropa Müdafiə Agentliyi ola bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

COP29-un rəhbər heyəti BMT İDÇK-nın müşahidəçiləri ilə görüşüb

Cəlilabadda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - Yenilənib

İstanbulda havanın çirkliliyi təhlükəli həddə çatıb

Ən çox oxunanalar