Çərşənbə axşamı, 21 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Qurbanov: "Rəqib bir xala layiq idi"

"Rəqib bir xala layiq idi. Onları təbrik edirəm. Tərlan Əhmədova uğurlar arzulayıram".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXI tur matçından sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis qarşılaşmanın asan olmadığını bildirib: "Gəncədəki oyunlar həmişə gərgin şəraitdə keçib. Təəssüflər olsun ki, oyunumuzu yaxşılaşdıra bilmirik. Görüşün sürətini, dinamikasını normallaşdırmaq üçün şərait də yaxşı olmalıdır. Qış fasiləsindən sonra ilk matçımızı saat 14:00-da süni örtüklü stadionda keçirmişik. Ondan sonra saat 16:00-da, bu gün isə yenidən 14:00-da oynadıq. Belə şəraitdə futbolçulardan tam istədiyimiz performansı gözləyə bilmərəm".

Təcrübəli baş məşqçi ağır qrafiklə üz-üzə gələcəklərini xatırladıb: "İlk dəfə belə halla rastlaşmırıq. Çatışmazlıqlar var. Qarşıdakı günlərdə matçlara daha yaxşı hazırlaşmağa çalışacağıq. Başqa çıxış yolumuz yoxdur. Əlimizdə olan futbolçuların bərpasını tezləşdirməliyik. Oyundan-oyuna komandanı qarşılaşmalara daha yaxşı kökləmək istəyirik".

pia.az


Etiket: Qarabağ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yayılan görüntülərlə bağlı ADU və ADNSU rəhbərliklərindən açıqlama - Video

Qadın alt paltarına sevgilsinin şəklini çəkdi, bunu görən əri... - Tovuzda şok olay

Kamran Əliyev İlyas İsmayılovla görüşüb, medal təqdim edib

"Nəhayət, bütün Novruz şirniyyatlarının dadına baxdım” 

Sumqayıtda məşhur brendin adı ilə saxta şampun istehsal olunur

Biz artıq Qarabağda Novruz bayramını qeyd edirik

Azərbaycan Türkiyənin zəlzələ bölgəsinə 100 milyon dollar ayırıb

YAP-çı millət vəkili tərəfindən bayram sovqatı paylanıldı 

Moskvada Aygün Kazımovaya görə izdiham yaşandı - Video

Bakının mərkəzini çirkab suları basdı - Foto, Video

Aparıcı Hüsniyyə bəzi sürücüləri təhqir etdi - Video

Ən çox oxunanalar