Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arvadını beşinci mərtəbədən atan şəxslə bağlı qərar  

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib...

Ali Məhkəmədə Bakıda həyat yoldaşını 5-ci mərtəbədən ataraq öldürməkdə təqsirləndirilən Ramiz Taxveli barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsininin hökmünə əsasən, R.Taxvelinin barəsində olan cinayət işi üzrə icraat dayandırılıb və barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi barədə qərar qəbul olunub. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Daha sonra R.Taxveli kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Xatırlatma: Hadisə 2018-ci il dekabrın 10-da gecə saat 3 radələrində paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli binada baş verib. Orada yaşayan Taxveli Adelya Azər qızı 5-ci mərtəbədə balkondan düşərək vəfat edib. İlkin olaraq A.Taxvelinin intihar etdiyi zənn edilib. İttihama görə, R.Taxveli ilk qızı Aliyanın epilepsiya xəstəsi olaraq doğulmasında arvadı Adelyanı daim günahkar bilib və buna görə mütəmadi olaraq mübahisə edib. O, dekabrın 9-da axşam saat 22 radələrində marixuana qəbul edərək arvadı Adelyanı yuxudan oyadaraq döyüb və işgəncə verib. Daha sonra onu saçından tutub sürüyərək otaqları gəzdirib, uşaqların yatdığı otağa apararaq onlarla vidalaşmağa məcbur edib. Həmin vaxt yataqda olan xəstə qızı Aliyanı götürərək yerə çırpıb və oyadıb. Bu zaman epilepsiya xəstəsi olan Aliya başından xəsarət alıb. Uşaqlar atalarına yalvarıb analarını çağırsalar da, R.Taxveli buna əhəmiyyət verməyib. Adelyanı sürüyərək balkona çıxarıb, orada ayaqlarından tutaraq yuxarı qaldırıb və balkondan aşağı atıb. İttihama münasibət bildirən R.Taxveli nədə təqsirləndirildiyini anlamadığını deyib. A.Taxveli gənclər və idman naziri, mərhum Azad Rəhimovun yaxın qohumu olub. 30 yaşında vəfat edən Adelyanın anası A.Rəhimovun xalası qızıdır. R.Taxveli isə Azərbaycanın xalq artisti Gülağa Məmmədovun yeganə qızının nəvəsidir.

R.Taxveli “Buta Palace”ın art-direktoru, A.Taxveli isə “Atəşgah Sığorta” şirkətinin əməkdaşı olub.

Ona qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 133-cü (əzab vermə) 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ittihamı verilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Ən çox oxunanalar