Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ: İnqilab Keşikçiləri məhkəmə qərarı olmadan terror siyahısına salınmayacaq

Borrell: ““Səndən xoşum gəlmir, ona görə səni terrorçu hesab edirəm”, deyə bilməzsiniz”...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrel bildirib ki, İran İnqilab Keşikçiləri Ordusunun Aİ-nin terrorçu siyahısına daxil edilməsi yalnız üzv ölkələrdən birində məhkəmənin qərarından sonra mümkün ola bilər.

Borrel Aİ ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasının girişində çıxış edib.

İran İnqilabı Keşikçiləri Korpusunun terrorçular siyahısına daxil edilib-edilməməsi ilə bağlı suala Borrel belə cavab verib:

“Baxın, bununla bağlı çox maraqlı fikirlər var. Amma bu, məhkəmə qərarı olmadan həll edilə bilməyən bir şeydir. “Səndən xoşum gəlmir, ona görə də səni terrorçu hesab edirəm”, deyə bilməzsiniz. Bunun üçün əvvəlcə üzv ölkələrin birində konkret qınama cə hüquqi bəyanat olmalıdır. Ondan sonra məsələni Avropa səviyyəsində işləyəcəyik”.

Borrel, həmçinin, bildirib ki, nazirlər bu gün yalnız insan haqları çərçivəsində fərdlərə qarşı yeni sanksiyaları nəzərdən keçirəcəklər.

Avropa Parlamentinin (AP) yanvarın 19-da qəbul etdiyi qətnamə layihəsində İran liderlərinə sanksiya tətbiq edilməsi və İnqilab Keşikçiləri Ordusunun Aİ-nin terrorçu siyahısına salınması tələb edilib. Buna cavab olaraq İran parlamenti hökuməti Aİ ölkələrinin ordularını terrorçular siyahısına daxil etməyə çağıran əks layihə hazırlamışdı.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Ceyk Sallivan: İsrailə zərbənin İran üçün dəhşətli fəsadları olacaq

İsrail Ordusu: İran tərəfdən artıq təhlükə yoxdur

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Tramp: İranın İsrailə raket hücumunun qarşısı alına bilərdi

Pezeşkian: Netanyahuya deyin ki, İran müharibə aparmır, lakin istənilən təhdidlərə sərt cavab verir

Ən çox oxunanalar