Beşiktaş kamerunlu hücumçu Vinsent Abubakarın sabah İstanbula gəlişini gözləyir...
PİA.az NTVspor-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu dünən Əl Nassr-ın heyətində son məşqinə çıxıb. Daha sonra rəsmi olaraq müqavilənin ləğvi prosesi baş tutub.
Xəbərə görə, sabah İstanbula gələcək olan kamerunlu hücumçu sağlamlıq yoxlamasından sonra 2,5 illik müqaviləyə imza atacaq.
Beşiktaş klubunun transfer prosedurları vaxtında tamamlanarsa, Abubakar bazar günü oynanılacaq Kayserispor matçı üçün heyətdə yer alacaq.
Qeyd edək ki, Beşiktaş-la 2 dəfə Superliqanın qalibi olan kamerunlu hücumçu 1 dəfə Ziraat Türkiyə Kubokunu da qazanıb.
pia.az