Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mülki Müdafiə Qoşunlarında Ümumxalq Hüzn Günü münasibətilə tədbir keçirilib - Foto

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının komandanlığında 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar anım mərasimi keçirilib.

Tədbirdə Mülki Müdafiə Qoşunlarının komandanlığının hərbi qulluqçuları, eləcə də hərbi hissədə xidmət edən zabit, gizir, çavuş və əsgərlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları komandanlığın inzibati binası önündə yerləşən ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra mərasim iştirakçıları 20 Yanvar faciəsinin qurbanlarının və ölkəmizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, 20 Yanvar hadisələrinin baş verməsindən 33 il keçməsinə baxmayaraq, həmin dəhşətli gecənin ağrı-acıları bu gün də xalqımızın qəlbində, yaddaşında yaşayır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin ovaxtkı baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ güc strukturlarına məxsus silahlı birləşmələr Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna yeridilib, ağır texnikadan və müxtəlif tipli silahlardan istifadə edilərək kütləvi qırğınlar törədilib. Sovet rəhbərliyinin hüquqazidd cinayətkar əməllərinə etiraz edən ulu öndər Heydər Əliyev 21 yanvar 1990-cı ildə repressiv sovet rejiminin sərt qadağalarına baxmayaraq, öz həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ifşa edib.

20 Yanvar hadisələrinin tariximizdəki rolundan bəhs olunarkən o da vurğulanıb ki, məhz ümummilli liderin təşəbbüsü ilə 29 mart 1994-cü ildə Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edib. Həmin mürəkkəb dövrün çətinliklərinə baxmayaraq, ulu öndər 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması istiqamətində gərgin fəaliyyət göstərib və nəticədə bir çox tarixi həqiqətlər üzə çıxıb.

Bildirilib ki, ümummilli liderin prezidentliyi dövründə 20 Yanvar faciəsinin qurbanları hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Bu siyasət bu gün də davam etdirilir. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar.

Anım mərasiminin sonunda 20 Yanvar hadisələrindən bəhs edən “20 Yanvar – Danışan talelər” sənədli filmi nümayiş olunub.

pia.az 

Fotolar




Etiket: Hüzün günü


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Qəzzada ölənlərin sayı 41,9 min nəfərə çatıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay