Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir: “Son 5 ildə Azərbaycanda artıq dördüncü sosial islahat paketi icra olunub”

Son 5 ildə sosial ödənişlərdəki artımlara, o cümlədən minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 80 faiz artıma nail olunub...

Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramı pensiya təminatı sistemini də əhatə edir. Son 5 ildə Azərbaycanda artıq dördüncü sosial islahat paketi icra olunub, bu ilin əvvəlindən əməkhaqqı və sosial ödənişlərdə növbəti artımlar olub”.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Avropa İttifaqının (Aİ) “Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” tvinninq layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son 5 ildə sosial ödənişlərdəki artımlara, o cümlədən minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 80 faiz artıma nail olunub.

Nazir pensiya sistemində humanist yanaşmaların tətbiqi, sosial təminatın əhatə dairəsinin genişləndirilməsi istiqamətində atılan addımları qeyd edib.

O, 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüdlərin avtomatlaşdırılmış qaydada proaktiv təyinatına başlandığını, ötən dövrdə həmin sosial təminat növləri üzrə 500 min, o cümlədən pensiya üzrə 71 min proaktiv təyinatın həyata keçirildiyini bildirib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Azərbaycan üçün yeni idman növünün təqdimatı olub

Ən çox oxunanalar