Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gədəbəydə qanunsuz saxlanılan ov silahları müsadirə edildi 

Nağılar kənd sakini Ələkbər Əhmədovdan “TOZ” markalı ov tüfəngi və 4 ədəd patron aşkar edilərək götürülüb...

Gədəbəydə qanunsuz saxlanılan ov silahları müsadirə edilib.

Bu barədə PİA.az-a DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Məlumata görə, Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir. Keçirilən müvafiq tədbirləri nəticəsində rayonun Soyuqbulaq kənd sakini Elvin Hüseynovdan 1 ədəd 12 kalibrli qoşa lülə ov tüfəngi, 12 ədəd patron, Turşsu kənd sakini Azər Abbasovdan “İJ” markalı, 16 kalibrli ov tüfəngi, Çiçəkli kənd sakinləri Natif Quliyevdən “BUM” markalı ov tüfəngi və 49 ədəd patron, Mürsəl Tapdıqovdan 16 kalibrli, “İJ” markalı ov tüfəngi və Nağılar kənd sakini Ələkbər Əhmədovdan “TOZ” markalı ov tüfəngi və 4 ədəd patron aşkar edilərək götürülüb.

Aşkar edilən müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibirli ov tüfəngləri müvafiq ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanuna müvafiq tədbir görülüb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar