Çərşənbə axşamı, 04 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neft embarqosu Rusiyanı Çin və Hindistanın girovuna çevirib

Qərb tərəfindən Rusiya neftinə qarşı sanksiyaların tətbiqi ilə əlaqədar Rusiya öz yanacağının böyük alıcılarından tamamilə asılı vəziyyətə düşüb…

PİA.az xəbər verir ki, bu barədə BBC-nin məlumatında bildirilir.

Rusiya artıq bir aydan çoxdur ki, Qərbin Rusiya neftinə qoyduğu embarqo və qiymət tavanı altında yaşayır. BBC qeyd edir ki, məhdudiyyətlər Rusiya xammalının qiymətinin kəskin azalmasına səbəb olub və Moskvanı Çin və Hindistandan, Rusiya yanacağının ən böyük idxalçılarından asılı vəziyyətə salıb.

Dekabrın 5-də Rusiya xam neftinin Aİ bazarına tankerlərlə tədarükünə embarqo qüvvəyə minib. Elə həmin gün də Qərb Rusiyadan “qara qızıl”ın barreli üçün 60 dollar səviyyəsində qiymət limiti tətbiq edib və müəyyən edilmiş bu qiymət həddi keçdildyi halda Rusiya neftinin daşınmasını və sığortalanmasını qadağan edib. Məhdudiyyətlər Rusiya neft və broker xidmətləri ilə yüklərin sığortası üzrə qiymətlərin artmasına səbəb olub.

Bundan əlavə, Rusiya xammalının çatdırılması xərcləri artıb, çünki indi Asiya onun üçün əsas bazara çevrilib. Bu xərclər satış şərtlərinə daxil edilmir və alıcı ölkə tərəfindən ödənilir, bu isə o deməkdir ki, Rusiya sonuncu alıcılarını itirməmək üçün endirimlər etməyə məcburdur. Beləliklə, endirimlərin köməyi ilə son istehlakçıya qədər uzun yolun xərcləri kompensasiya edilir.

“Sanksiyalar Rusiyanı daha yüksək qiymətlər formalaşdırmaq və bazarda öz qaydalarını qurmaq imkanından məhrum edib. Əksinə, Çin və Hindistan kimi Rusiya neftinin böyük alıcıları öz şərtlərini diktə edə bilirlər və Rusiya onlarla razılaşmaq məcburiyyətində qalacaq”, deyə Arikapital Management Company-nin investisiya strateqi Sergey Suverov bildirib.

Belə reallıqlarda artıq ən yaxşı dövrlərdən uzaq olan Rusiya büdcəsi daha bir neçə trilyon rubl itirmək riski ilə üzləşir.

Bu arada Rusiya neft hasilatı bu ilin əvvəlində sutkada 500-700 min barel azala bilər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda 21 yaşlı qızın sirlərlə dolu ölümü: Qonaq getdiyi evdə nə baş verib? - Yenilənib

Azərbaycanın batan səhiyyəsi: Avropada birinci, dünyada ikinci…

Aktrisa Sevinc Əliyeva açıq-saçıq səhnələr barədə danışdı: "Pula görə işləmişəm"

İntiqam Cümşüdov Xətai icra başçısının müavini təyin ediləcək? - Oliqarx məmur olimpə doğru...

Hikmət Mirzəyevin keçmiş vəzifəsini icra edən Akif Pirverdiyev kimdir? – Dosye

Pərviz Şahbazov türkiyəli həmkarı ilə görüşüb

İranda prezident seçkilərində namizədlərin qeydiyyatı üçün verilən müddət başa çatıb

Bakıda ikiqat ölüm: 16-cı mərtəbədən özünü atan gənc komendantın üstünə düşdü

Ən çox oxunanalar