Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Apple öz displeylərini istehsal etməyə başlayacaq

Amerikanın “Apple” texnologiya şirkəti 2024-cü ildən mobil cihazlarda öz ekranlarından istifadə etməyə başlamaq niyyətindədir…

PİA.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətləri bildiriblər ki, bu addım Apple-in tərəfdaşları olan Samsung və LG-dən asılılığını azaltmaq üçün lazımdır.

“Apple Inc. Samsung və LG kimi texnoloji tərəfdaşlardan asılılığını azaltmaq və öz komponentlərinin sayını artırmaq üçün 2024-cü ildən mobil cihazlarda öz fərdi displeylərindən istifadə etməyə başlamağı planlaşdırır”, deyə məlumatda bildirirlir.

Bloomberg-in mənbələrinin sözlərinə görə, OLED texnologiyasından microLED adlanan texnologiyaya keçid planlaşdırılır. Apple tərəfindən istehsal edilən ilk displeylərin Apple Watch smart saatlarında olacağı gözlənilir. Daha sonra korporasiya iPhone daxil olmaqla digər cihazlarında microLED-dən istifadə etməyi planlaşdırır.

2022-ci ilin dekabr ayının əvvəlində The Wall Street Journal xəbər verib ki, Apple yeni məlumat şifrələmə sistemini inkişaf etdirməyə başlayıb. Yeni sistem Advanced Data Protection adlanır. Sistem iCloud bulud xidmətinə aid olacaq və hətta şirkətin serverləri sındırılsa belə, orada məlumat saxlamağa imkan verəcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar