Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranlılar qaz istehlakı üzrə dünya rekorduna imza atıblar

Dünyada ən çox elektrik enerjisi sərf edən də məhz iranlılardır...

İranlılar evlərində mavi yanacağın istehlakı üzrə dünya rekordunu praktiki olaraq yeniləyiblər.

Ölkənin neft naziri Cavad Oudci hətta təbii qazın belə israfçı və səmərəsiz istifadəsinə tab gətirə bilməyərək məsələyə müdaxilə edib. Onun sözlərinə görə, ölkədə məişət qazı istehlakı sutkada 630 milyon kubmetrdən çox olmaqla rekord həddə çatıb. Soyuq günlərdə istehlakın 650 milyon kubmetr səviyyəsinə çatması mümkündür.

“Dünyanın heç bir ölkəsində məişət ehtiyacları üçün bu qədər qaz istehlak edilmir. Biz qəti şəkildə inanırıq ki, bu 630 milyon kubmetrin böyük hissəsi boş yerə gedir”, - deyə o bəyan edib.

Müqayisə üçün qeyd edək ki, Aİ ölkələri 2022-ci ilə qədər soyuq mövsümdə orta hesabla 220 milyon kubmetr istehlak ediblər. Bu, iranlılardan 3 dəfə azdır. Eyni zamanda, Aİ ölkələrinin əhalisi 446-447 milyon nəfər, İranın əhalisi isə 87 milyon nəfərdir.

Xatırladaq ki, qaz ehtiyatlarına görə İran Yaxın Şərqdə birinci, dünyada isə 16,48% payla Rusiyadan sonra ikinci yerdədir.

Eyni zamanda vurğulamaq lazımdır ki, gündə 630 milyon kubmetr qaz istehlakı İranda ümumi qaz hasilatının demək olar ki, 74%-ni təşkil edir.

Əlavə olaraq bildirmək yerinə düşər ki, dünyada ən çox elektrik enerjisi sərf edən də məhz iranlılardır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar