Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident Makron pensiya yaşını artırmaq istəyir

Lakin həm radikal sağ, həm də radikal sol partiyalar bu planı tənqid edirlər...

PİA.az “Financial Times”a istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron pensiya yaşını artırmaq planından əl çəkmir. Çərşənbə axşamı Fransa hökuməti vətəndaşlarının hazırkı təqaüdə çıxdıqdan sonra daha iki və ya üç il işləməsini tələb edən qanun layihəsini təqdim edəcək.

Hazırda Fransada pensiya yaşı 62-dir. Makron isə çoxdandır pensiya yaşını iki və ya üç il artırmaq planından danışır. Lakin müxalifətin tənqidi və fransız cəmiyyətinin mənfi rəyi Fransa prezidentinə mane olur.

“Financial Times” yazır ki, Makronun pensiya yaşını artırmaq üçün 289 millət vəkilinin dəstəyinə ehtiyacı var. Makronun partiyası keçən ilki seçkilərdə parlament çoxluğunu itirdikdən sonra 251 deputata sahibdir. Lakin həm radikal sağ, həm də radikal sol partiyalar yeni pensiya planını tənqid edirlər.

Hökumət plana dəstəyi artırmaq üçün minimum pensiyanın artırılması və fiziki cəhətdən ağır işlərdə yaşlı insanlar üçün müavinətlərin artırılması kimi əlavə müddəaların tətbiqini nəzərdən keçirir. Bununla belə, pensiya planı fransız icması arasında da populyar deyil. Sorğunun nəticələrinə görə, fransızların 70%-i pensiya yaşının artırılmasının əleyhinədir.

Fransada bir pensiyaçıya düşən işçilərin sayı 2000-ci ildə 2,1 nisbətində ikən, 2020-ci ildə 1,7-ə qədər azalıb. 2070-ci ildə bu nisbətin 1,2-yə düşəcəyi təxmin edilir. Pensiya sistemini qorumağın yeganə yolunun pensiya yaşının artırılması olduğunu müdafiə edən Makron vergilərin artırılması və pensiyaların aşağı salınması kimi variantlara üstünlük vermir.

Makron sistemin gücləndirilməsi üçün islahat planı hazırladıqlarını bildirir.

Fransada 55-64 yaş arası işçilərin nisbətinin OECD və Aİ ölkələrindən daha aşağı olduğu bildirilir. Xəbərdə 55-64 yaş arası işçilərin nisbəti Fransada 56%, Aİ ölkələrində 59%, OECD-nin inkişaf etmiş ölkələrində isə 61% olub.

Makron Yeni il çıxışında pensiya planına da toxunaraq: “Daha çox işləməliyik” deyə açıqlama verib. Prezident, həmçinin bildirib ki, pensiya islahatları planının məqsədi pensiya sistemini gücləndirməkdir.

pia.az


Etiket: Fransa Makron

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - Video

Səudiyyə Ərəbistanı “Sülh sammiti”ndə iştirak etməyəcək

Azərbaycan gimnastları Monteneqroda yeddi qızıl medal qazanıblar - Fotolar

COP29 Sədrliyinin Könüllülər Mərkəzinin açılışı olub

MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı iki vəzifəli şəxs həbs edildi

Azərbaycan “OPEC +”un 2025-ci ilə olan hasilat razılaşmasına qoşulub

Final: "Qarabağ" - "Zirə" matçı - Start heyətlər

Ən çox oxunanalar