Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən il 200-dən çox əməkdaş AzTV-də işdən azad edilib

Təqaüd yaşına çataraq işdən azad edilmiş işçilərin sayı isə 49 nəfərdir...

Azərbaycan Televiziya və Radio Verilişləri” QSC 2022-ci illə bağlı ənənəvi hesabatını yayıb.

Qurumun nəzdində fəaliyyət göstərən üç televiziya kanalı – AzTV, Mədəniyyət TV və İdman TV-də 2022-ci ildə ümumilikdə 17 adda yeni veriliş yayımlanmağa başlayıb.

Prezident, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş rayonlara, həmçinin dövlət və rəsmi səfərlərindən hazırlanmış xüsusi buraxılışlar efirə verilib, videoçarxlar hazırlanaraq müxtəlif resurslarda paylaşılıb.

İlham Əliyev 2022-ci ilin may ayının 30-da “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin audiovizual arxiv materiallarının rəqəmsallaşdırılması və vahid bazasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb, işlərin görülməsi üçün Prezidentin ehtiyat fondundan 1 milyon manat vəsait ayrılıb.

Sərəncam QSC-yə məxsus AzTV, Mədəniyyət TV, İdman TV, Azərbaycan Radiosu və Beynəlxalq Radionun ümumilikdə bir əsrə yaxın dövr ərzində formalaşmış zəngin audiovizual arxiv materiallarının keyfiyyətli, etibarlı və uzunmüddətli qorunub saxlanması işinin təkmilləşdirilməsi, əksər hissəsi Azərbaycan xalqının maddi-mənəvi sərvətinə çevrilmiş həmin materialların rəqəmsallaşdırılması və vahid bazasının yaradılması məqsədilə imzalanıb.

2022-ci ilin birinci yarısında Teleradio Akademiyasından 85 müdavim məzun olub. Növbəti tədris ilində müsahibələrdən uğurla keçən 53 müdavim təhsilini davam etdirir.

Cari ildə 138 nəfər QSC-də işlə təmin edilib, 208 nəfər işdən azad edilib. Təqaüd yaşına çataraq işdən azad edilmiş işçilərin sayı isə 49 nəfərdir.

pia.az


Etiket: Aztv əməkdaş


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Ən çox oxunanalar