Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Binəqədidəki partlayışla bağlı cinayət işi açıldı - Yenilənib + Video

Bakının Binqədədi rayonunda yaşayış evində baş verən partlayışla bağlı cinayət işi açılıb..

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib və 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb, mənzildəki dağıntılarla əlaqədar axtarış-xilasetmə işləri həyata keçirilib. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim görmüş itləri də cəlb olunmaqla aparılmış axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altında əlavə insan faktoru aşkar olunmayıb.

Hadisə ilə əlaqədar cinayət işi açılıb və hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir”, - məlumatda bildirilib.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayışın baş vermə səbəblərini açıqlayıb.

Nazirlikdən bildirilib ki, ilkin məlumata əsasən, onsəkkizmərtəbəli yaşayış binasının onsəkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib.

Nəticədə, ilkin məlumata əsasən, 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib. 

Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış olması barədə ilkin məlumat daxil olub.

Bu barədə nazirlikdən məlumat verilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, partlayış nəticəsində yanğın hadisəsi baş verməyib.

DİN-in mətbuat xidmətindən isə "Report"a bildirilib ki, polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə hadisə yerinə cəlb edilib.

Qeyd olunub ki, hazırda təhlükəsizlik tədbirləri görülür və ilkin məlumata görə, hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə "Report"a qeyd edilib ki, hadisə yerinə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 5 briqadası cəlb olunub.

***

Nəsimi rayonunda yaşayış binasında güclü partlayış olub.

Oxu.Az-ın məlumatına görə, hadisə Cavadxan küçəsində baş verib. 

Hadisə nəticəsində ölən olduğu ehtimal edilir. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə xidmətinin müvafiq qüvvələri cəlb olunublar.

Fotolar

pia.az 


Etiket: Partlayış


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Bakının bəzi ərazilərində və Xırdalanda qaz kəsiləcək

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

Ermənistanın müdafiə naziri maliyyə pozuntularına görə cərimələnib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar