Ağcabədi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...
"Report"un məlumatına görə, avtomobil yolu keçən 1953-cü il təvəllüdlü Niftalıyev Fikrət Səməd oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
pia.az