Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş Papanın səhhəti pisləşib

Vatikan 95 yaşlı keçmiş Papa 16-cı Benediktin səhhətinin pisləşdiyini açıqlayıb...

PİA.az İtaliyanın ANSA xəbər agentliyinə istinadən xəbər verir ki, keçmiş Papanın vəziyyətinin ciddi, lakin stabil olduğu bildirilir.

Xəbərə görə, Papa Fransis əsl adı Cozef Ratzinger olan sələfinin çox xəstə olduğunu açıqlayıb. Vatikandan verilən açıqlamadan sonra 16-cı Benediktə yaxın bir mənbə ANSA xəbər agentliyinə keçmiş Papanın səhhəti ilə bağlı: “Onun vəziyyəti dünənlə müqayisədə dəyişməyib” deyib və əlavə edib ki, həkimlər keçmiş Papanın səhhətini daim nəzarətdə saxlayırlar.

Vatikandan bir mənbə isə ANSA xəbər agentliyindəki xəbərlə bağlı 16-cı Benediktin təxminən üç gün əvvəl pisləşməyə başladığını bildirib.

“Onun həyati funksiyaları xüsusilə də ürəyi pisləşir”, deyən mənbə evdə lazımi tibbi avadanlıq olduğu üçün xəstəxanaya yerləşdirilmədiyini qeyd edib.

Qeyd edək ki, Papa 2-cı Jan Paulun yerinə gələn 16 Benedikt 2013-cü ildə orta əsrlərdən bəri dünya katolik kilsəsinin rəhbəri vəzifəsini tərk edən ilk papa olub. 16-cı Benedikt istefa qərarının səbəbi kimi fiziki və ruhi sağlamlığının azalmasını əsas gətirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Bakının bəzi ərazilərində və Xırdalanda qaz kəsiləcək

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ermənistanın müdafiə naziri maliyyə pozuntularına görə cərimələnib

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Ən çox oxunanalar