Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

I Qarabağ müharibəsi ilə bağlı əlilliyi müəyyən edilən 1017 nəfərin vərəsəsinə birdəfəlik ödəmə verilib

Dost Rəqəmsal İnnovasiyalar Mərkəzinin sədri Kənan Əkpərov ilin yekunlarına dair hesabat mətbuat konfransında çıxış edib...

1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və onlardan vəfat edənlərin vərəsələrinə e-sistemlərdə, habelə müvafiq arxivlərdə müvafiq dövr üzrə xəsarətlə bağlı mövcud məlumat əsasında birdəfəlik ödəmə e-sistem üzərindən proaktiv qaydada təyin edilərək bank hesablarına köçürülüb, bu barədə SMS göndərilib.

APA xəbər verir ki, bunu Dost Rəqəmsal İnnovasiyalar Mərkəzinin sədri Kənan Əkpərov ilin yekunlarına dair hesabat mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qeyd olunan istiqamət üzrə 16 659 şəxsə birdəfəlik ödəmə verilib:

“Onlardan 1017 nəfərin vərəsəsinə bu ödənişlər həyata keçirilib, həmin ödənişlər üçün 105,7 milyon manat vəsait yönəldilib”.

O eyni zamanda qeyd edib ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı olan və "Müharibə veteranı" adı verilmiş şəxslərə çevik şəkildə proaktiv təqaüd təyinatının aparılmasında “Zəfər” altsistemi mühüm rol oynayıb:

“Şəhid ailələri və müharibə iştirakçılarının hüquqlarının təmin edilməsi sahəsində çevik məlumat mübadiləsinə imkan verən elektron xidmətlərdən biri “Zəfər” altsisteminə 230 mindən çox şəxsə dair məlumat daxil edilib.

Həmçinin qeyd edib ki, cari ilin noyabr ayından məlumat vərəqələri elektron formada təqdim olunub. Qanunvericiliklə müəyyən edilmiş müvafiq qurumlar tərəfindən təqdim olunmuş məlumatlar əsasında hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə sığorta olunanların fərdi uçotu, əmək pensiyalarının təyini, hesablanması və yenidən hesablanması proaktiv qaydada həyata keçirilir. Hazırda “Himayədar ailə”, “Fərdi Reabilitasiya və Abilitasiya altsistemi” , “ƏMAS” , “E-birja” habelə digər elektron xidmətlərin dairəsinin genişləndirilməsi üzrə işlər davam etdirilir. Həmçinin ünvanlı dövlət sosial yardımının verilməsi ilə bağlı e-sistem təkmilləşdirilib. Artıq təyinatlar sistem tərəfindən aparılır ki, bu zaman vətəndaşa aid yanlış məlumatların qeydə alınması sıfıra bərabər olur".

pia.az


Etiket: vərəsə miras


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Rusiya Paşinyana qarşı cəbhələri vahid mərkəzdə birləşdirib Ermənistandakı mövqelərini bərpa edə biləcəkmi?

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər - Anbaan video

Ən çox oxunanalar