Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrəvan: İlin sonuna qədər sülh sazişi imzalaya bilərik, hər şey Bakıdan asılıdır…

Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib ki, Bakı ilə sülh müqaviləsi İrəvanın şərtləri ilə imzalanacaq…

PİA.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün parlamentdə verdiyi brifinq zamanı bildirib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Bakı Yerevanın təkliflərinə müsbət cavab verərsə, ErmənistanAzərbaycan ilin sonuna qədər sülh sazişi imzalaya bilərlər. Onun sözlərinə görə, İrəvan Bakıya sülh müqaviləsinin imzalanmasını təmin etmək üçün “təminatlar institutu” yaratmağı da təklif edib.

“İlin sonuna qədər Azərbaycan Ermənistanın təkliflərinə müsbət cavab verərsə, sülh sazişinin imzalanması mümkündür. Hər şey Azərbaycandan asılıdır. Ermənistan regionda sülhün bərqərar olması üçün səylərini davam etdirir. Ermənistan öz addımını atıb”, deyə Qriqoryan bildirib.

Qeyd edək ki, dekabrın 9-da Qriqoryan bəyan edib ki, İrəvan və Bakı Vyana Konvensiyası çərçivəsində diplomatik münasibətlərin qurulması barədə razılığa gəliblər. O vurğulayıb ki, bu, sülh müqaviləsinin yeganə bəndidir ki, tərəflər arasında razılıq əldə olunub.

Bir müddət əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağına şübhə ilə yanaşmışdı. Onun sözlərinə görə, İrəvan və Bakının münasibətlərin normallaşdırılması məsələsində mövqeləri “bir çox məsələlərdə hələ də bir-birindən çox uzaqdır”.

P. S. Qeyd edək ki, Qriqoryanın “Bakı ilə sülh müqaviləsi İrəvanın şərtləri ilə imzalanacaq” ifadələrini işlətməsi ilin sonuna qədər sülhün sazişinin imzalanmasından deyil, yeni müharibənin başlamasından xəbər verir…

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

MOSSAD “Hizbullah”ın peycerlərini partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırırmış

Oktyabrın 6-7-si ilə bağlı əhaliyə xəbərdarlıq 

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

Ən çox oxunanalar