Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çirkli pulları araşdıran dövlət qurumuna təyin olunan yeni rəhbər kimdir? - Arayış

Zaur Fəti-zadə Prezident İlham Əliyevin 2012-ci il 11 fevral tarixli sərəncamı ilə ali xüsusi rütbə alıb...

Prezident İlham Əliyev Zaur İntiqam oğlu Fəti-zadənin Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Zaur Fəti-zadə Prezident İlham Əliyevin 2012-ci il 11 fevral tarixli sərəncamı ilə ali xüsusi rütbə alıb.

O, Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi olub.

Daha sonra Zaur Fəti-zadə Vergilər Nazirliyində Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

Zaur Fəti-zadə 2016-cı ilin oktyabrında həmin vəzifəsindən azad edilərək Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi təyin olunub.

O, Prezident İlham Əliyevin 2020-ci il 11 fevral tarixli sərəncamı ilə 1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib.

Xatırladaq ki, Maliyyə Monitorinqi Xidməti cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, habelə müvafiq sahədə siyasətin formalaşmasında iştirak edən qurumdur.

pia.az


Etiket: Zaur Fati-zadə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar