Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Qərbi nüvə silahı üzərindən şantaj edir...

İrandan gələn “nüvə danışıqları”na dair müsbət siqnallar Qərbi çətin vəziyyətdə qoyub...

Patrick Wintour
The Guardian qəzeti, Böyük Britaniya

Ehtiyatlı Qərb dövlətləri Tehranın nüvə proqramı ilə bağlı danışıqların bərpası ilə bağlı etdiyi qəfil cəhddən sonra gözlənilməz potensial dilemma ilə üzləşiblər.

Co Baydenin 2015-ci il nüvə sazişini canlandırması, sanksiyaları ləğv etməsi və İranın neft ixracından milyardlarla dollar qazanmasına yol açma ehtimalı üç aydır küçə etirazlarını dəstəkləyənlər tərəfindən kobud xəyanət kimi qiymətləndiriləcək. Bu, həm də Vaşinqtonun prioritetləri barədə Ukraynaya verilən mübahisəli bir siqnaldır. Qərb İranı Rusiyaya yüzlərlə PUA verməkdə ittiham edib və BMT-ni bu tədarükün İranın BMT Təhlükəsizlik Şurasının mövcud qətnamələrindəki öhdəliklərini pozub-pozmadığını araşdırmağa çağırıb.

Lakin Avropa İttifaqının İran müzakirəçiləri təkid edirlər ki, İranın nüvə proqramını məhdudlaşdırması məsələsinə Tehranın yaratdığı bütün digər problemlərdən, o cümlədən Rusiyanı silahlandırmasından və daxili təzyiqlərdən ayrı baxılmalıdır.

Həftə sonu İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri və Ali Rəhbərin müşaviriKamal Harrazi deyib ki, nüvə sazişi qarşısında qalan yeganə maneə İranBMT-nin Nüvə Müfəttişliyi - MAQATE arasında nüvə hissəciklərinin mənşəyi və izahı ilə bağlı uzun müddət davam edən mübahisəni həll etməkdir. Qeyd edək ki, Hərrazi ABŞİran arasında razılaşmanın canlandırılması ilə bağlı bütün digər məsələlərin həll olunduğunu iddia edən azsaylı İran rəsmilərindən biridir.

Eyni zamanda, bir neçə aylıq fasilədən sonra MAQATE-nin Baş direktorunun təhlükəsizlik tədbirləri üzrə müavini Massimo Aparonun rəhbərlik etdiyi müfəttişlər İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami ilə görüşmək üçün Tehrana səfər ediblər.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian səfəri “müsbət və gələcəyə hesablanmış” addım adlandıraraq, belə bir ümumi təəssürat yaradıb ki, rejimin bəzi güc mərkəzləri “nüvə sazişi” ilə bağlı razılığa gəlmək istəyir.

Əmir Abdullahianın sözlərinə görə, keçən həftə İordaniyada Aİ-nin xarici işlər naziri Josep Borrell ilə görüş “müzakirələri başa çatdırmaq” üçün fürsət verib.

BMT müfəttişləri danışıqları ilə bağlı heç bir şərh vermədən Tehranı tərk ediblər, lakin İranın nüvə hissəciklərinin mövcudluğu ilə bağlı inandırıcı izahatlar verməsi ilə bağlı uğursuz cəhdlərin uzun tarixini nəzərə alsaq, gözləntilər özünü doğrultmayıb.

Mümkündür ki, Tehranın nikbinliyi İranın insan haqlarını kobud şəkildə pozmaqda və Rusiyanı silahlandırmaqda ittiham olunduğu bir vaxtda nüvə sazişinə yenidən qoşulma ehtimalı ilə bağlı Qərbdəki fikir ayrılıqlarını fonunda sadəcə, fürsətçil mövqeyi ilə bağlıdır. İranın indiyədək ikidən çox etirazçını edam etməsi ilə bağlı məlumatlar da yayılmaqda davam edir.

Lakin İranın diplomatik korpusu daxilindəki mənbələr səmimi olaraq inanır ki, İran prezidenti İbrahim Rəisi razılaşmanı bərpa etməlidir və bu olmazsa, Qərb təcrid olunmuş İranı Moskvanın qucağına çəkməklə tarixi səhv etmiş olacaq.

Razılaşma əldə etmək üçün İrana iqtisadi təzyiqlər də artır. Etirazlar başlayandan bəri İran rialının dollara nisbətdə dəyəri təxminən 20% ucuzlaşıb. Ölkənin mərkəzi bankının rəsmisi Afşin Xani keçən həftə istefaya getməyə məcbur olub və Əli Salehabadinin də istefası ilə bağlı çağırışlar olub. Əli Salehabadi rialı gücləndirmək üçün faiz dərəcələrini 5% artıracağı ilə bağlı xəbərləri təkzib edib. Lakin bu yay inflyasiyanın 50%-dən bir qədər çox olması və avtomobillərin qiymətinin üç ay ərzində iki dəfə artacağı proqnozlaşdırıldığı üçün günah Rəisinin təsirsiz hökumətinin üzərinə qoyulur.

İran uranı 90%-ə qədər zənginləşdirməyə başlayarsa, raket başlıqları olmasa belə, bomba hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş urana sahib olacağına əsaslanan Avropa nüvə sazişini xilas etmək ümidindən əl çəkməməkdə qərarlıdır.

Borrell keçən həftə demişdi ki, “Nüvə sazişinin dalana dirənməsinə və İranın nüvə proqramının gərginləşməsinin böyük narahatlıq doğurmasına baxmayaraq, biz bu sazişi canlandırmaq üçün bu problemin həlli ilə mümkün qədər çox məşğul olmaqda davam etməliyik. Borrell qeyd eib ki, insan haqları və Rusiyaya silah tədarükü ilə bağlı sanksiyaları gücləndirilməsi, İranın böyük narahatlıq doğuran “nüvə proqramı”ndan Qərb kənarlaşmamalıdır”.

Xatırladaq ki, MAQATE-nin idarə heyəti noyabrın 11-də İranın nüvə hissəciklərinin mənbəyi ilə bağlı şura ilə əməkdaşlıq etməsinin vacib və təcili olduğunu bildirən qətnamə qəbul etmişdi.

İranın MAQATE-yə “qənaətbəxş cavab” vermədiyi üç obyekt Tehran yaxınlığındakı Vəramin və Turquzabad və Kürdüstan əyalətinin Mərivan bölgələrində yerləşir. Belə bir ehtimal var ki, hissəciklər xaricdən gəlmiş ola bilər.

MAQATE-nin hesablamalarına görə, İran avqustun 21-dən etibarən zənginləşdirilmiş uran ehtiyatını 60%-ə çatdırıb. Qeyd edilir ki, bu, nüvə silahı istehsal etmək üçün tələb olunandan bir qədər aşağı səviyyədədir.

Qeyd edək ki, İran yenidən bərpa edilmiş nüvə sazişini imzalamadan əvvəl MAQATE-nin obyektlərlə bağlı məsələni həmişəlik həll etməsini istəyir.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Ən çox oxunanalar