Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şimali Koreyadan yeni təhdid - Bacısı da Kim Çen İndan geri qalmır...

Kim Çen Inın bacısı yeni raketlərinin imkanlarının tezliklə nümayiş etdiriləcəyini deyib...

PİA.az xarici mətbuata istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen Inın bacısı və Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin sədr müavini Kim Yo Son Pxenyanın yaxın vaxtlarda qitələrarası ballistik raketin mövcudluğunu nümayiş etdirmək üçün, uzun mənzilli sınaq buraxılışı həyata keçiriləcəyini bildirib. Koreya Mərkəzi Teleqraf Agentliyi Kim Yo Sona istinadən bildirib ki, bu, Qərbin tənqidlərinə və təhdidlərinə cavab olacaq.

“Qərb ölkələri bizim strateji silahlarımızın imkanlarını təsdiqləmək üçün şaquli buraxılış deyil, normal bucaqdan buraxılışın lazım olduğuna dair arqumentlərlə çıxış edirlər. Onlar bunu tezliklə görəcəklər”, deyə Kim Yo Son bildirib.

Qeyd edək ki, bir müddət əvvəl KXDR Pyonqan-Pukto əyalətinin ərazisindən Yapon dənizinə doğru iki ballistik raket atmışdı. KİV-in məlumatına görə, raketlərin buraxılması Pxenyanın KXDR-də insan haqlarının vəziyyətinin yaxşılaşdırılmasını tələb edən BMT qətnaməsinin qəbuluna cavab ola bilər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - Yenilənib

Ən çox oxunanalar