Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Slaven Biliçdən Acun Ilıcalı haqqında maraqlı etiraf

2012-2015-ci illərdə Beşiktaş-ın baş məşqçisi olmuş Slaven Biliçdən maraqlı etiraf gəlib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda Uotford-un baş məşqçisi olan xorvatiyalı Biliç mövsümün əvvəlində Hall Siti ilə danışıqlar apardığını təsdiqləyib.

İngiltərə çempionatının komandalarından olan Uotford-un baş məşqçisi Slaven Biliç liqada Hall Siti ilə 0:0 bərabərə qaldıqları matçdan sonra danışıb.

Hall Siti-nin oynadığı oyundan danışan Biliç: “Yeni menecerləri Roseniorla çox fərqli futbol oynayırlar. Topa sahib olurlar. Yorulmadan ötürmə edirlər. Hər nə qədər təhlükə yaratmasalar da, bu qədər uzun müddət oynamaları cansıxıcıdır. Rəqiblərini stressə salmağa və səhv etmələrinə şərait yaradan bir bir taktikaları var. İkinci hissədə öndə daha aqressiv pressinq edərək bu oyunu pozmaq istəyirdik, amma bu dəfə davamlı uzun oynamağa başladılar. Onların çox cəsarətli futbol anlayışı var. Təbrik edirəm”, deyib.

Mövsümün əvvəlində Hall Siti ilə görüşdüyünü təsdiqləyən Biliç çıxışını bu sözlərlə bitirib:

“Bu heyətlə necə 21-ci ola bildilər, bilmirəm. Rəsmi olaraq əla bir heyət var. Klub sahibi Acun Ilıcalını tanıyıram. Çox iddialıdır və yaxşı heyət qurub. Ancaq günün sonunda, 21-ci cərgəyə düşdülər”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar