Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tovuzda avtomobil qəzası olub, ölən və xəsarət alanlar var

Tovuz rayonunda bir nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə rayonun “mal bazarı” adlanan ərazisində qeydə alınıb.

QAZ-24 markalı avtomobilin idarəetməni itirərək aşması nəticəsində 5 nəfər müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Onlardan biri göstərilən tibbi yardımlara baxmayaraq, dünyasını dəyişib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-a açıqlamasında qeyd edib ki, hadisə barədə məlumat daxil olduqdan dərhal sonra polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar.

İlkin araşdırmalar nəticəsində Ağstafa rayon sakini, 1967-ci il təvəllüdlü Asim Hacımuradovun idarə etdiyi avtomobilin aşması nəticəsində 1966-cı il təvəllüdlü, Tovuz rayon Əlibəyli kənd sakini Ramiz Aslanov, 1957-ci il təvəllüdlü Tovuz rayon Aşağı Öysüzlü kənd sakini Göyçək Əliyeva, 1983-cü il təvəllüdlü Tovuz rayon Aşağı Öysüzlü kənd sakini Ramil Alıyev, 1997-ci il təvəllüdlü Tovuz rayon Dondar Quşçu kənd sakini Asəf Orucov və 2001-ci il təvəllüdlü Tovuz rayon Dondar Quşçu kənd sakini Hümmət Əliyevin müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi və Hümmət Əliyevin ölməsi məlum olub.

pia.az 


Etiket: Qəza


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay