Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BNA: “130 və 125 marşrut xətlərinin hərəkət sxemi dəyişdiriləcək”

Dekabrın 12-dən 130 nömrəli (Lökbatan-Bakı Beynəlxalq Avtovağzalı) və 125 nömrəli (Lökbatan-“28 May” metro stansiyası) müntəzəm marşrut xətləri üzrə hərəkət sxemi dəyişdirilir...

Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) xəbər verir.

"Sərnişinlərin Lökbatan qəsəbəsi -“20 Yanvar” dairəsi istiqamətində birbaşa marşrut xətti ilə gediş-gəlişini təmin etmək üçün 130 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi də dəyişdirilib. Bu xətt üzrə avtobusların son dayanacaq məntəqəsi Bakı Beynəlxalq Avtovağzalından “20 Yanvar” dairəsinə dəyişdirilib. Bu dəyişikliklə Xocahəsən qəsəbəsi sakinlərinin də ictimai nəqliyyata əlçatanlığı yaxşılaşdırılacaq", - məlumatda deyilir.

"125 nömrəli marşrut xətti üzrə avtobusların, yeni sxemə əsasən, Lökbatan qəsəbəsi istiqamətində hərəkəti “20-ci Sahə” dairəsinə daxil olmadan təşkil ediləcək.

"Məqsəd, marşrut xəttindən mütəmadi istifadə edən sərnişinlərin rahatlığını təmin etməkdir. Dəyişiklik sayəsində şəhər mərkəzindən Bayıl-Bibiheybət, Şıxov və Lökbatan yaşayış sahəsi istiqamətində ictimai nəqliyyatla səyahət müddəti əhəmiyyətli dərəcədə azalacaq", - Agentlik qeyd edir.

Bununla yanaşı BNA bildirir ki, 130 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə edilib.

"Belə ki, müntəzəm marşrut xətlərinin istismara verilməsi ilə bağlı cari ilin oktyabrında keçirilən müsabiqənin nəticələrinə əsasən “BakuBus” MMC qalib olub. Dekabrın 12-dən bu xətt üzrə 12 metrlik sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslar fəaliyyət göstərəcək", - məlumatda qeyd olunub.

pia.az


Etiket: BakuBus BNA

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar