Keçmiş və gələcək..
...sənə qəribə gəlməsin!
Amma bilirəm gələcək.
...gedirəm, qarşıma keçmiş
çıxır
gəlirəm - gələcək!
Keçmiş- mağara şəklində!
Ağzını hörür hörümçək...
...gələcək əvvəlin işi -
uzunömürlü gələcək!
...tarix elə bir vaxtdı ki;
hər vaxtın bir tarixi var.
...və onu dəst-xətt etməyə
heroqlif həm də mixi var.
Vaxtilə bir vaxt varıydı -
etirazlar "ək çək" boyda!
...keçmiş əslində sükutdu!
Sükutu gələcək boyda!
...sənə qəribə gəlməsin!
Amma bilirəm gələcək.
...gedirəm, qarşıma keçmiş
çıxır
gəlirəm - gələcək!
Sözün möhürü...
Cəllad, nə bilirsən möhürbənd nədir...
Nə qan yaz adına, nə də qətli, de!
..."slovo doroje çem peçat" -
yəni
bizdə möhürdən də söz qiymətlidi!
...bəndin ən gözəli bəndə düşəndi!
Bənd-bərə necədi gör indi, cəllad!
Sənin güvəndiyin dar ağacından
bir bəndin kölğəsi sərindi, cəllad!
...şaqraq dağ çayıdı, odu gülür ey!
...üzndə Göyçədi Dərbənddi hər bənd!
...məni dartıb çəkən dar ağacına -
görkəmə çıxaran bir fənddi hər bənd!
...dodaqdəyməzi var qıfılbəndi var!
...boyunu bükənlər bükəcək yenə!
Cəllad, gecə bənd-bənd yazdığım şeri
bənd-bənd Aşıq Abbas sökəcək yenə!
Yenə dağıdacaq bəndi-bərəndi...
...sazın tufanına dözən bəndmi var?
Cəllad, nə bilirsən gözəl bənd nədir?
Yazdığım bu bənddən gözəl bəndmi var?
Sitatın sonu...
...mağara divarlarında
min illərin əl işləri,
min illərin Tanrıları,
qurumuş Tanrı döşləri.
Özləri bir od parçası -
odu necə əkmək közə?
...ağlamaqmı ya gülməkmi -
hansı dərdi çəkmək gözəl?
...mağara divarlarında
it ay şəklindədi, ay it.
...hər şey özünə aiddir,
heç nə yox tarixə aid!
...günlər bir-birinin eyni -
birincisi, onuncusu!
...tarix hər gün sona çatır -
bu gün də bir sonuncusu.
Paşa Talıblı
pia.az