Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İspaniyada yenə səfirlik binasına bombalı məktub göndərildi

ABŞ-ın Madriddəki səfirliyinə içərisində partlayıcı maddələr olan zərf göndərilib...

PİA.az “La Sexta”-ya istinadla xəbər verir ki, İspaniyada baş verən bombalı məktub böhranına bir yenisi əlavə edilib.

Dünəndən etibarən İspaniyadakı xarici nümayəndəliklərə və rəsmi qurumlara göndərilən partlayıcı maddələrin olduğu zərflərin hədəfi bu dəfə ABŞ-ın Madriddəki səfirliyi olub. İspaniyanın “La Sexta” televiziyası polis mənbələrinə əsaslanaraq, ABŞ-ın Madriddəki səfirliyinə günorta saatlarında şübhəli zərfin gəldiyini bildirib.

Qeyd olunur ki, səfirlik rəsmiləri sözügedən zərfi İspaniyanın bomba zərərsizləşdirmə qrupu “Tedax”a göndərib və lazımi analizlərə başlanılıb.

Hələlik rəsmi açıqlama verilməyən hadisə ilə bağlı İspaniya mətbuatında yer alan xəbərlərə əsasən, sözügedən zərfin partlayıcı tərkibli digər zərflərlə eyni olduğu iddia edilir.

İspaniya hökumətinin təhlükəsizlik üzrə məsul dövlət katibi Rafael Perez keçirdiyi mətbuat konfransında bildirib ki, son 24 saat ərzində 4 ünvana partlayıcı maddə olan zərflər göndərilib. 24 noyabrda isə baş nazir Pedro Sançesin Madriddəki iqamətgahına bənzər bir zərf göndərilib.

Perez dünən Ukraynanın Madriddəki səfirliyinə, daha sonra isə Saraqosa şəhərindəki “İnstalaza” silah zavoduna, bu gün səhər isə Madriddəki “Torrejon de Ardoz” hərbi bazasına və Müdafiə Nazirliyinin binasına göndərilən bütün zərflərin oxşar olduğunu açıqlayıb.

Bütün zərflərin qəhvəyi olduğu, göndərənin adının qeyd olunmadığı, içərisində pirotexniki partlayıcı maddələrin olduğu, dəqiq olmasa da, 5 zərfin hamısının İspaniya daxilindən göndərildiyinə dair izlərin olduğu açıqlanıb.

İçərisində partlayıcı maddələr olan zərflərdən sonra Daxili İşlər Nazirliyi ölkədəki bütün xarici nümayəndəliklərdə və ictimai binalarda təhlükəsizlik tədbirlərini gücləndirib və ictimaiyyəti sakit olmağa çağırıb.

pia.az


Etiket: İspaniya bomba

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Diqqət: Xaricdən Azərbaycana göndərilən bağlamalar vasitəsilə meymunçiçəyinə yoluxa bilərsiniz

Bakının bəzi ərazilərində və Xırdalanda qaz kəsiləcək

Ən çox oxunanalar