Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makron Avropanın lideriliyinə can atır

Makron Merkelin əvəzinə özünü Aİ lideri kimi təsdiqləməyə qərar verib…

PİA.az xəbər verir ki, bu iddia Le Figaro qəzetinin Fransa prezidentinin gözlənilən ABŞ səfərini şərh edən məqaləsində yer alıb.

“Görünür, Makron Vaşinqtonla Avropa İttifaqı üçün iqtisadi üstünlüklər barədə siyasi sövdələşmələr apararaq, siyasi təqaüdə çıxmış Merkelin əvəzinə özünü Aİ lideri kimi təsdiqləməyə qərar verib. Soltsun bunu bacara bilmədiyi üçün Makron Merkelin yerini almaq istəyir”, deyə Le Figaro yazır.
Le Figaro nəşri qeyd edir ki, Fransa Emmanuel Makronun liderliyində Vaşinqtonun əsas Avropa tərəfdaşına çevrilib və buna görə də o, ABŞ-a səfəri zamanı müəyyən məqsədlərə nail olacağını gözləyir.

Müəllifin fikrincə, ABŞ səfərində Makron avropalıların maraqlarını müdafiə etmək üçün öz “xüsusi statusundan” istifadə etməyə çalışacaq. Fransa prezidenti Ukrayna münaqişəsinin Avropa İttifaqının iqtisadi maraqlarına böyük ziyan vurduğu bir vaxtda kollektiv Qərbin birliyini qorumağın çətinliyinin nədən ibarət olduğunu Ağ Ev administrasiyasına izah etmək niyyətindədir.

Qeyd edək ki, bir müddət əvvəl WSJ Avropa liderlərinin əksəriyyətinin ABŞ-ın Ukrayna ilə bağlı siyasətindən narazı olduqlarına dair material dərc etmişdi. Ekspertlər hesab edir ki, Baydenin yürütdüyü iqtisadi siyasət Avropada iqtisadi problemlərin kəskinləşməsinə səbəb olur.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

İpoteka artırıldı: Bakıda mənzillər bahalaşacaq

Azərbaycan və Belarus hərbi ekspertləri mühəndis-texniki təminat üzrə məsələləri müzakirə ediblər

Azərbaycanda halal hotellər istifadəyə veriləcək - Video

NATO gələn həftədən nüvə təlimlərinə başlayır

Ən çox oxunanalar