Fransanın əsas çörəyi olan “təvazökar” baget Birləşmiş Millətlər Təşkilatının mədəni irs siyahısına daxil edilib...
PİA.az Reuters Agentliyinə istinadən xəbər verir ki, BMT-nin mədəni irs orqanı UNESCO-da çərşənbə günü keçirilən toplantıda 130-dan çox ölkədə 600-ə yaxın ənənəni özündə birləşdirən "baget çörəyinin sənətkarlıq nou-hau və mədəniyyətini" Qeyri-Maddi Mədəni İrs siyahısına daxil etmək üçün səs verilib.
Bu, "Fransızların həyat tərzini qeyd edir: baget gündəlik ritualdır, yeməyin struktur elementidir, paylaşma və şənlik ilə sinonimdir" deyə toplantıdan sonra UNESCO-nun rəhbəri Audrey Azuley qeyd edib.
Qeyd edək ki, hazırda fransız çörəyinin bir ədədinin 1 avro civarındadır.
pia.az