Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranlı azarkeşlər Uels matçında etirazlara davam edib

2022-ci il futbol üzrə dünya çempionatının B qrupunda Uelslə qarşılaşan İranda 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölməsinə qarşı azarkeşlərin etirazları davam edib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qarşılaşmaya ev sahibliyi edən Əhməd ibn Əli stadionunun qarşısında yerli musiqi sədaları altında rəqs edən iranlı futbol azarkeşləri Məhsa Əmininin 22 yaşında vəfat etdiyinə işarə edərək üzərində Amininin adı olan 22 nömrəli forma ilə, eləcə də “qadınların həyatı üçün azadlıq” yazılmış bannerlər və köynəklərlə tribunada yerlərini aldılar. Bəzi fanatlar üzlərində göz yaşlarını simvolizə edən boya ilə etirazlara qatılıblar.

İlk oyundan fərqli olaraq, bu dəfə mərasimdə İran Milli Komandasının oyunçuları öz ölkələrinin himnlərini oxuyublar. Ölkənin dövlət himninin səsləndirilməsi zamanı göz yaşlarını saxlaya bilməyən bir çox iranlı idmansevərlər stadionun nəhəng ekranlarına əks olunub.

22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölməsinə qarşı etirazlar İranın B qrupunda İngiltərəyə 6:2 hesabı ilə uduzması ilə yadda qalıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar