Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT: Dünyada hər saatda 5-dən çox qadın yaxınları tərəfindən öldürülür

Birləşmiş Millətlər Təşkilatının (BMT) hazırladığı hesabatda ötən il dünyada hər saat ərzində 5-dən çox qadın və ya qız uşağının qohumları tərəfindən öldürüldüyü bildirilib...

PİA.az Türkiyə mətbuatın istinadla xəbər verir ki, BMT-nin Narkotiklə və Cinayətkarlıqla Mübarizə İdarəsi ilə Qadınlar Ofisi tərəfindən “Qadınların və qızların gender əsaslı qətlləri” adlı hesabat 25 noyabr Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günündən əvvəl dərc edilib.

Qadınlara və qızlara qarşı zorakılığın dünyada ən çox rast gəlinən insan hüquqları pozuntularından biri olduğu vurğulanan hesabatda qadın və qızların öz evlərində öldürülmə riskinin daha çox olduğu bildirilib. Keçən il dünyada qətlə yetirilən 81 min qadın və qızdan 45 mininin, yəni təxminən 56%-nin həyat yoldaşı və ya digər ailə üzvləri tərəfindən öldürüldüyü qeyd olunub.

Qadınlara qarşı zorakılıqla mübarizədə yetərsiz qalıb

Hesabatda son 10 ildə dünyada törədilən qadın cinayətlərinin sayında ciddi dəyişiklik olmadığı, qadınlara qarşı zorakılıqla mübarizənin kifayət qədər aparılmadığı və təcili olaraq daha güclü tədbirlərin görülməli olduğu vurğulanıb. Qadınlara qarşı hər hansı zorakılıq aktının, o cümlədən gender əsaslı qətllərin qaçınılmaz olmadığını vurğulayan hesabatda zorakılığın qurbanı olan qadınların tez bir zamanda müəyyən edilməsi, dəstəklənməsi və qorunmasının vacibliyi qeyd edilib. Hesabatda problemin köklü səbəblərini aradan qaldırmaq üçün cəmiyyətdəki struktur gender bərabərsizliyinin aradan qaldırılması, kişilərin zərərli davranışlarının qarşısının alınması və buna səbəb olan sosial qaydaların dəyişdirilməsi tövsiyə olunub.

“Bu ölümlərin qarşısı alına bilər”

BMT-nin Qadınlar üzrə Ofisinin icraçı direktoru Sima Bahous deyib:

“Bütün qadın cinayəti statistikalarının arxasında diqqətdən kənarda qalan bir qadının və ya qız uşağının hekayəsi dayanır. Bu ölümlərin qarşısı alına bilər, bunun üçün lazımi avadanlıq və məlumatlar mövcuddur”.

BMT-nin Qadınlar üzrə Ofisinin Proqram, Siyasət və Hökumətlərarası Departamentinin rəhbəri Sarah Hendriks güclü və müstəqil qadın hüquqları hərəkatlarına malik ölkələrin qadınlara qarşı zorakılığın azaldılması və qarşısının alınmasında daha çox irəliləyiş əldə etdiklərinə diqqət çəkib. Qadınlara və qızlara qarşı zorakılığın hər ölkədə olduğunu və bütün həyatımıza təsir etdiyini bildirən Hendriks qadınların bu problemi təkbaşına həll etməsinin mümkün olmadığını bildirib. Qadın hüquqlarını müdafiə edən təşkilatlara dəstəyin vacibliyini vurğulayan Hendriks hər kəsi bu mövzuda üzərinə düşəni etməyə dəvət edib.

pia.az


Etiket: BMT 25 Noyabr

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Ən çox oxunanalar