Şənbə, 12 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Komitə sədri: “Qadınların əməkhaqqı aşağı olmalı deyil”

“Azərbaycan sahibkarları arasında qadınlar təxminən 20 faiz təşkil edirlər. Amma Azərbaycan Sahibkarlar Assosiasiyası yarananda bu say dəfələrlə az olub. Bu sahəni inkişaf etdirmək üçün əsas yük qadınların çiyninə düşür, amma bir şərtlə ki, kişilərlə bir yolda çiyin-çiyinə getsinlər”.

PİA.AZ oxu.az-a istinadən xəbər verir ki, bu sözləri “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” adlı V Forumda çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Deputat qadınların iqtisadi hüquqlarının artacağını və məişət zorakılığının azalacağını arzuladığını deyib:

“Bəlkə də, orta məktəbdən sahibkarlıq təşəbbüslərini onlara çatdırmalıyıq. Düşünürəm ki, maarifləndirmə işlərini daha da artırmalıyıq. Biz, qadın sahibkarlığa dəstək verəcək layihələr varsa, onları qanunvericiliyə sizinlə birlikdə gətirməyə hazırıq. Bu günlərdə Əmək Məcəlləsində vacib dəyişiklik etdik. Qadınların 764 peşə sahəsində işləməsinə sovet dövründən bəri məhdudiyyət vardı, o məhdudiyyət aradan qaldırıldı. Bu gün bir qadın kişi ilə eyni vəzifədə işlədiyi halda maaşı həmin vəzifədə olan kişinin aldığı əməkhaqqının 80 faizini təşkil edir. İnkişaf etmiş ölkələrdə bu, 87 faizdir. Ümumilikdə, Azərbaycanda qadınların aldığı orta aylıq əməkhaqqı kişilərin əməkhaqqının 63 faizini təşkil edir. Qadınların əməkhaqqısı aşağı olmalı deyil, baryerlər aradan qaldırılmalıdır. Biz qadın sahibkarların qarşısından bütün işıqforları, baryerləri götürməliyik”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

Risk: “Unibank” bu həftə 501 müştərisi ilə bağlı məhkəməyə müraciət edib...

Maliyyə Nazirliyinin şöbə müdiri işdən çıxdı - Foto

Cəbhədə nə baş verir? - Rusiya ağır itkilər verir, Ukrayna əraziləri tədricən təslim edir...

Bakıda iqlim və inkişaf üzrə nazirlərin görüşü keçirilir

Kobaxidze: Zurabişvilinin dekabrın əvvəlində impiçment yolu ilə vəzifədən kənarlaşdırılması baş verəcək

Millətlər Liqası: Azərbaycan Estoniya millisinə məğlub olub - Yenilənib

Fəaliyyətini dayandıran “Xaliq Faiqoğlu” necə sərnişindaşıma xidməti göstərir? – Müəmma

Ən çox oxunanalar