Şənbə, 25 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neft qiymətlərində Çin zəlzələsi...

Çində koronavirusun yenidən yayılması ilə bağlı xəbərlərin artırmasının ardınca “Brent” markalı neftin qiyməti həftənin ilk gününə enişlə başlayıb...

PİA.az xəbər verir ki, cümə günü 90,63 dollara kimi bahalaşan “Brent” markalı neftin 1 barelinin qiyməti 0,8 faiz azalaraq 86,8 dollara düşüb. “Brent” markalı neftin qiyməti daha sonra qismən bərpa olunaraq 87,6 dollara satılıb. Eyni zamanda, West Texas Intermediate (WTI) birjasında xam neftinin bir bareli 79,61 dollardan alıcı tapıb.

Çində COVİD-ə yoluxma halalrı artır

Qlobal neft bazarlarında getdikcə artan tələb neftin qiymətinin aşağı düşməsinə təsir edib. Dünyanın ən böyük xam neft idxalçısı Çində artan Covid-19 yoluxmaları ilə bağlı xəbər axını ölkədə daha sərt tədbirləri gündəmə gətirib və bazarlarda tələblə bağlı narahatlıqlar yaradıb. Çin Milli Səhiyyə Komissiyasından verilən açıqlamaya görə, ölkədə mayın 26-dan bəri ilk dəfə Covid-19 epidemiyası səbəbindən ölüm halı olub. Gündəlik yoluxma hallarının sayı 20 mini keçib. Yoluxmalar əhalinin sayına nisbətdə kiçik olsa da və onların əksəriyyətində heç bir əlamət olmasa da, Çin “sıfır hal” adlanan ciddi nəzarət tədbirlərini həyata keçirməkdə davam edir.

Tənəzzül perspektivləri

Dünyanın ən böyük neft istehsalçısı və istehlakçısı olan ABŞ-da Mərkəzi Bankın sərt pul siyasətini davam etdirəcəyi ilə bağlı proqnozlar resessiya gözləntilərini gücləndirmiş və bu da qiymətlərin enməsinə rəvac verən amillərdən olmuşdu.

ABŞ dollarının digər valyutalar qarşısında dəyərini ölçən dollar indeksinin artması dollara indekslənmiş neft satışını digər valyutalardan istifadə edən alıcılar üçün bahalaşdırdı, bu vəziyyət isə alışların azalmasına və neftin qiymətinin aşağı düşməsinə dəstək verib.

OPEC+ hasilatı azaldır

Neftin qiymətinin aşağı düşməsi digər tərəfdən bazarlarda Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) və bəzi qeyri-OPEC ölkələrindən ibarət OPEC+ qrupunun hasilatı azalda biləcəyi ilə bağlı narahatlıqlar yaradır. Noyabr ayından etibarən gündəlik neft hasilatını 2 milyon barel azaldan qrup dekabrın 4-də bazar şərtlərini dəyərləndirmək və hasilatın həcmini müzakirə etmək üçün toplantı keçirəcək.

Texniki olaraq “Brent” markalı neftin 87,27-87,77 dollar diapazonu müqavimət, 86,77-86,27 dollar diapazonu isə dəstək zonası kimi dəyərləndirilir.

Mənbə: sozcu.com.tr

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Futbol üzrə Türkiyə Kubokunun sahibi bəlli olub

Köç karvanı Laçının Sus kəndinə çatıb - Yenilənib

Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə olunub, Azərbaycan bayrağı ucaldılıb - Video

Milli Məclis Dövlət Komitəsinin illik məlumatını təsdiqləyib - Yenilənib

Azərbaycanda əmək pensiyalarının ödənilməsi xərcləri artırılır

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Nuhu Mustafayev dəfn edilib - Yenilənib

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Vurğun Seyidov dəfn edilib - Yenilənib

Xalq artisti Nurəddin Mehdixanlının efirdə səsi kəsilib

Məhkəmə Ələsgər Məmmədli barədə qərar verib

Natiq Miri: Erməni Apostol Kilsəsi əslində Ermənistan üçün ən böyük potensial təhlükə mənbəyidir...

DSMF-nin builki büdcəsinə əlavə və dəyişikliklərin edilməsinin səbəbləri açıqlanıb

Ən çox oxunanalar