Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“City Hospital”da xərçəng diaqnozu qoyuldu, Türkiyədə tam əksi çıxdı - Video

Bakıdakı özəl klinikada pasientə yanlış diaqnoz qoyulub...

PİA.az “Xəzər Xəbər”ə istinadla xəbər verir ki, 30 yaşlı Rəşad Cəbiyevə yastı epitel karsinoma, orta dərəcəli differensasiya, yəni ağız xərçəngi olduğu deyilib.

Rəşad Cəbiyevin üst-çənə nahiyəsində problem olduğu üçün Milli Onkologiya Mərkəzindən “City Hospital”a əkilmə göndərilir. Bir həftə sonra Rəşad Cəbiyevə xərçəng xəstəliyi diaqnozu qoyulub və əməliyyat etmək istəyiblər: “Sonra anlizlərimi Bakı Patologiya Mərkəzinə təqdim etdim. Əkilmənin cavabı müsbət gəldi. Bu cavabları götürüb Türkiyəyə getdim".

Lakin Türkiyədə xəstəyə başqa cavab verilib. Məlum olub ki, onun dişinin dibi xərçəng xəstəliyi yox, texniki travmaymış. 

Rəşad deyir ki, xəbəri eşidəndə yaşlı valideynləri, ailəsi ciddi sarsıntı keçirib.

Hadisə ilə bağlı xəstənin “City Hospital”dakı həkimi Şahin Osmanov məsələyə münasibət bildirməkdən imtina edib.

Vəkil Günay Cəfərli məsələnin hüquqi tərəflərinə diqqət çəkib.

Səhiyyə Nazirliyindən isə bildirildi ki, vətəndaşın diaqnozunun dəqiqləşdirilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin profilə uyğun ixtisaslaşmış tibb müəssisəsində yenidən müayinənin aparılması məqsədəuyğundur. Bu da vətəndaşın Səhiyyə Nazirliyinə rəsmi müraciəti əsasında mümkündür. Bundan sonra alınan nəticəyə uyğun olaraq aidiyyəti tədbirlər görülə bilər.

Daha ətraflı videomaterialı təqdim edirik:

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Bakıda kişi telefonda çox danışan arvadını döydü

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulacaq

Ən çox oxunanalar