Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Beşiktaş”ın keçmiş hücumçusu 14 ay müddətinə həbs olundu

2004-2005-ci il mövsümündə “Beşiktaş”da oynayan məşhur norveçli futbolçu Con Keru vergidən yayındığı üçün 14 ay həbs cəzası alıb...

PİA.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, “Beşiktaş”ın keçmiş hücumçusu Con Keru ölkəsi Norveçdə vergidən yayındığı üçün məhkəməyə çıxarılıb.

2017-2019-cu illərdə Norveçdə vergi bəyannaməsi təqdim etməyən Keru bu cinayəti bilmədən törətdiyi üçün 14 ay həbs cəzasına məhkum edilib. Keru, həmçinin, Norveçdə ümumilikdə 456.264 funt sterlinq məbləğində vergidən yayındığına görə 45.353 funt sterlinq cərimələnib.

Prokurorlar Kerunun vergidən yayınma cinayətini qəsdən törətdiyini və 43 yaşlı keçmiş futbolçunun 2 il 7 ay müddətinə azadlıqdan məhrum edilməsi tələb olunub. Məhkəmə “Beşiktaş”ın keçmiş ulduzunun bilərəkdən vergi ödəməkdən yayındığını müəyyən edərsə, Karunun cəzası ikiqat artırıla bilər.

Keçmiş menecerini günahlandırıb

Con Keru keçmiş meneceri və vəkili Per A. Flodu ittiham edib: “Ona kor kimi inandım və dediyi hər şeyi etdim. Dediklərini doğru hesab etdim. Məni kukla kimi oynadırdı. Ona güvəndiyim üçün bu vəziyyətə düşdüm. Vergi problemini ona danışdıqda problem olmayacağını dedi”.

Aktyor olmaq üçün futbolu buraxmışdı

“Beşiktaş”dan başqa “Valensiya”, “Vest Hem Yunayted”, “Aston Villa” kimi komandalarda oynayan Keru 32 yaşında futbolu tərk edərək aktyorluq etməyə başlamışdı.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar