Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Albaniya arasında enerji sahəsində əməkdaşlıq iqtisadi əlaqələrin əsas istiqamətidir

PİA.az Azərbaycan Jurnalistlər Birliyinin üzvü İsrafil Kərimovun yazısını təqdim edir...

Noyabrın 15-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Albaniya Respublikasına rəsmi dövlət səfərinə gəlib. Paytaxt Tiranada dövlət başçısı İlham Əliyevin Albaniya Prezidenti Bayram Beqay ilə təkbətək görüşü keçirilib və sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.
Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu səfər Prezident İlham Əliyevin Albaniyaya ilk səfəridir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.
Azərbaycan ilə Albaniya arasında siyasi dialoq daim yüksək səviyyədə olub. İndiyədək Albaniya prezidentləri ölkəmizə 5 dəfə işgüzar səfər, Baş nazirləri isə 2 rəsmi və 2 işgüzar səfər ediblər.
İki ölkə arasında enerji sahəsində əməkdaşlıq iqtisadi əlaqələrin əsas istiqamətidir. Azərbaycan ilə Albaniya Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəmərinin (TAP) həyata keçirilməsində uğurla əməkdaşlıq edib. Albaniyanın yüksək səviyyəli rəsmiləri Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə verib.
Albaniya TAP vasitəsilə Cənub Qaz Dəhlizinin iştirakçısıdır. TAP layihəsinin həyata keçirilməsi çərçivəsində Albaniya öz tranzit imkanlarından faydalanması ilə yanaşı, layihənin icrası Albaniyada məşğulluğun artmasına böyük töhfə verib. Layihə, həmçinin Albaniya üçün ÜDM və büdcə gəlirlərinin artımını təmin edib. Ümumiyyətlə, TAP-ın Albaniyanın enerji təchizatında çox əhəmiyyəti vardır. TAP layihəsi Albaniyaya 1,5 milyard avro dəyərində sərmayə yatırıb. Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir.
Həm Albaniya, həm də Azərbaycan ikitərəfli iqtisadi əlaqələrin, o cümlədən energetika sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə maraq göstərir. Döblət başçıları arasında aparılan danışıqlardan sonra bildirilib ki, Azərbaycan Albaniyada qaz təsərrüfatının inkişafına öz töhfəsini verəcəkdir. məlum olduğu kimi Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır. Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər.
Qeyd edilib ki, Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var. Azərbaycan uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak edib. Albaniya da NATO-nun üzvü kimi NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək veribdir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ən çox oxunanalar