Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Emin 444”ün qətlində ittiham olunan şəxslə bağlı qərar verildi

Samir Şirəliyev 18 il müddətinə azadlıqdan məhrum edilib...

Ali Məhkəmədə “Emin 444” (Emin Səfərov) ləqəbli kriminal avtoritetin qətlində ittiham olunan Zaur Yusifov və Həsən Tağıyevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Belə ki, qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

Qeyd edək ki, Binəqədidə kriminal aləmin üzvü kimi tanınan Səfərov Emin Ehtiram oğlu (“Emin 444”) 2019-cu ilin mayında maşınında 78 bıçaq zərbəsi ilə öldürülüb. Onun qətli ilə bağlı cinayəti törədən Həsən Tağıyev və cinayəti törətməyə göstəriş verməkdə təqsirli bilinən Zaur Yusifov saxlanılıblar. Uzun çəkişmələrədən sonra Bakı Ağır Cinayətlər Məhkəməsi Z.Yusifova bəraət verib. Həsən isə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Zaur Yusifov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. O, azadlığa çıxdıqdan sonra vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

Tanınmış idmançı, dünya çempionu Zaur Yusifovun ölümünə gəlincə, onu “Emin 444”ün xalası oğlu Samir Şirəliyev bu il martın 14-ü saat 21 radələrində Binəqədi rayonu ərazisində yerləşən marketlərdən birində qisas məqsədilə “Vinçester” markalı silahla güllələyərək qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Şirəliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

pia.az


Etiket: “Emin 444”


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat...

Prezident İlham Əliyev Moskvada "Rossiya 1" televiziya kanalına müsahibə verib

Səfirlik: İsrailin Dəməşqə hücumu zamanı İran vətəndaşları xəsarət almayıb

Efiopiyada denge epidemiyası: Səhiyyə sistemi çökür

Bu maşınları almaq istəyənlər üçün vacib dəyişiklik

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay