Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan ABŞ-da Respublikaçıların qalib gəlməsini nyə istəyir?

Türkiyə prezidenti: “Seçki ilə bağlı bəzi müsbət xəbərlər gəlir və biz bu müsbət xəbərləri diqqətlə izləyirik.”...

PİA.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Təbii ki, hazırda Yunanıstan bu son addımlardan ciddi şəkildə narahatdır. Əlbəttə, başda Amerika olmaqla Qərbin Yunanıstana münasibəti bizi narahat edir. Dədəağac onlardan biridir. Bundan başqa, Yunanıstanın terrorla mübarizədə bizə verdiyi bəzi narahatlıqlar var. Xüsusən Lavrion düşərgəsi mövzusu yeyib udula biləcək bir şey deyil”, deyə Türkiyə prezidenti vurğulayıb.

F-35 məsələsinə gəlincə, Ərdoğan bildirib ki, bu mövzu əslində Amerikanı Türkiyədən daha çox narahat edir:

“Niyə? Çünki biz üzərimizə düşəni etmişik. Ödənişi etdik, amma təəssüf ki, bu, öz nəticəsini vermədi.

Bundan başqa, F-16 tələbimizlə bağlı texniki işlər planlaşdırıldığı kimi davam edir. Dedik, gəlin bu şəkildə işləyək və dosyeni bağlayaq. Amerika tərəfi vaxtaşırı müdafiə naziri Hulusi Paşaya müsbət və gözəl sözlər deyir.

Təbii ki, onlarda seçkiləri idi. Seçki ilə bağlı bəzi müsbət xəbərlər gəlir və biz bu müsbət xəbərləri diqqətlə izləyirik. Ümid edirəm ki, gələn ay yaxşı xəbərlərlə dolu olacaq və F-16 məsələsini daha müsbət istiqamətdə inkişaf etdirək.

Nümayəndələr Palatasında Respublikaçılar böyük fərqlə öndədirlər, təbii ki, Senat da var. Senatda iki-üç yer çox önəmlidir. Odur ki, Respublikaçılar bu iki-üç yerdə uğur qazansalar, bəlkə də bizim üçün çox asan olacaq. İndi prosesi izləyirik”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar