Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tahir Kərimli: "Narkomaniyanın yayılması məni hədsiz dərəcədə narahat edir"

“Narkotik qəbulundan sonra sümük ağrıları olur, yatmaq arzulayırlar, insan öldürməyə belə, meyil yaranır”...

Narkomaniyanın yayılması məni hədsiz dərəcədə narahat edir. Ölkədə narkomaniyanın sürətlə, həndəsi silsilə artmasını milli təhlükəsizlik üçün təhdid hesab edirəm.

PİA.az-ın xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.

O, narkomaniyaya qarşı mübarizədə dövlət proqramının hazırlanmasını təklif edib: "Proqramda həm xaricdən, həm də daxildən olan təhdidlərə mübarizə üsulları ortaya qoyulmalıdır. Böyük dövlətlər Azərbaycan cəmiyyətinin gələcəyini əlindən almaq istəyirlər. Bu, təkcə pulla bağlı deyil. Narkomaniya övladlarımızın sağlam böyüməsini sual altına qoyur. Bəzi qüvvələr Azərbaycan dövlətinin inkişafını, elmi, mədəni mühitin olmasını istəmirlər. Hazırlanacaq proqramda daxili problemlər də əksini tapmalıdır. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməli, narkotik təbliğatı ilə məşğul olanların ciddi cəzalandırılması əksini tapmalıdır. Valideynlər övladlarını narkotikdən istifadəyə həvəsləndirdiyinə və ya qarşısını almadığına, lazımi tərbiyə vermədiyinə görə məsuliyyətə cəlb edilməlidirlər. Sovet dövründə binaların arasında uşaqların oynaması üçün meydançalar var idi. İdman insanların narkotikdən uzaq olması üçün ən yaxşı vasitədir. Pul qazanmaq istəyi o qədər yüksək oldu ki, bütün meydançaları, hətta stadionları belə, ləğv edib, binalar tikdilər. Tələb qoyulmalıdır ki, binaların arasında meydançalar olsun. İdman zalları hədsiz dərəcədə bahadır, kasıblar məşq edə bilmirlər. Bu zallarda məşq etmək kasıblar, o cümlədən şəhid və qazi övladları üçün ödənişsiz olmalıdır. Video-roliklər hazırlanmalıdır, valideynlərlə danışıqlar, məktəblərdə maarifləndirmə işləri aparılmalıdır. Sovet dövründə məktəblərdə şagird komitələri var idi, siqaret çəkənlərlə söhbətlər aparılırdı. İndi də o komitələr bərpa olunmalıdır ki, şagirdlər məktəb yoldaşlarını düz yola çəksinlər. Cəmiyyətin sağlamlaşdırılması üçün hamımız mübarizə aparmalıyıq, gələcəyimizi xilas etməliyik. Uşaqlar yazıqdırlar, narkotikdən bircə dəfə istifadə etdikdən sonra aludə olurlar, sümük ağrıları olur, yatmaq arzulayırlar, insan öldürməyə belə, meyil yaranır. Artıq bunu gizlətmək mümkün deyil, çox ciddi təhdid və bəladır, gələcəyimizə vurulan baltadır, mübarizə aparmalıyıq".(Pravda)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Azərbaycana gələn turistlər Bakıdan sonra ən çox hansı əraziyə üstünlük verirlər? 

Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı

Ən çox oxunanalar