Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlıların Fransa Senatı üçün petisiyası ən çox rezonans doğuran müraciətlərdən birinə çevrilib

Fransa Senatının ermənipərəst qətnamə layihəsinə cavab olaraq azərbaycanlıların hazırladığı petisiya “Mesopinions” petisiya saytında yerləşdirilən xarici mövzular üzrə ən çox rezonans doğuran petisiyalar arasında ilk beşliyə daxil olub...

“Report” xəbər verir ki, bir aydan az müddətdə petisiyanı imzalayanların sayı 104 min nəfərdən çox olub.

Xatırladaq ki, oktyabrda bir qrup azərbaycanlı Fransa Senatına və xalqına ünvanlanmış petisiya hazırlayaraq “Mesopinions” saytında yerləşdirib. Petisiya azərbaycanlıların noyabrın 15-də Senatda səsvermənin nəzərdə tutulduğu qətnamə layihəsinə reaksiyasıdır.

Petisiyanı tərtib edənlər bildiriblər ki, qətnamə layihəsi Ermənistan-Azərbaycan münaqişəsinə tamamilə birtərəfli və qərəzli baxışı əks etdirir, onun müəllifləri yalnız erməni tərəfinin maraqlarını müdafiə edirlər: “Münaqişə tərəflərindən təkcə birinin deyil, həm də illərin ağrı-acısını, itki hissini keçirən tərəfi görməyə, səylərini anlamağa çalışın. Azərbaycanlıların heç də az hüququ yoxdur, onlar anlayış göstərilməsinə və mərhəmətə layiqdirlər. Yalnız bu yolla Fransa bu iki xalq arasında çoxdan gözlənilən sülhün əldə olunmasına real töhfə verə bilər”, - petisiyada qeyd olunub.

Fransa mediası bu petisiyanı işıqlandırmamaq qərarına gəlsə də, Türkiyə, Qazaxıstan, Özbəkistan, Ukrayna, Polşa və İsrail mətbuatında bununla bağlı xəbərlər dərc olunub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - Yenilənib

Ən çox oxunanalar