Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Brüsseldə delimitasiya söhbətləri... - Nədən Moskvada yox, Brüsseldə?

Ermənistan və Azərbaycan arasında delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının üçüncü iclasının Moskvada deyil, Brüsseldə baş tutması nədən xəbər verir?..

Politoloq: “AzərbaycanErmənistan arasında sərhədlərin delimitasiya və demarkasiyasinin iclasının Brüsseldə keçirilməsində əsas məqsəd Moskvanı prosesdən kənar tutmaqdır”.

“Təbii ki, Rusiya yenidən belə bir iclası Moskvada çağıra bilər. Amma, bu kimi görüşləri təkrar təşkil etmək Moskva üçün sadəcə prosesi pozmaq məqsədi daşıyır”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə bu gün Brüsseldə ErmənistanAzərbaycan arasında keçirilməsi gözlənilən komissiya görüşünü PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün Brüsseldə ErmənistanAzərbaycan arasında delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının üçüncü iclası keçiriləcək. Bu görüşdən nəticə baxımından ümidverici nəticə gözləmək olar? Xüsusilə Rusiya sərhədlərin müəyyənləşməsi üçün xəritələr təklif etdiyi halda, görüşün Moskvada deyil, Brüsseldə baş tutması nədən xəbər verir?

Mövzunu PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “İki ölkə 1991-ci il Alma Atı müqaviləsini rəhbər tutubsa, burada heç Rusiyanın xəritəsinə də ehtiyac yoxdur”.

Brüssel formatının ən uyğun bir danışıqlar platforması olduğunu düşünən politoloq PİA.az-a bildirib ki, Bakı və İrəvan artıq Moskvaya etimad etmir:

AzərbaycanErmənistan arasında sərhədlərin delimitasiya və demarkasiyasinin iclasının Brüsseldə keçirilməsində əsas məqsəd Moskvanı prosesdən kənar tutmaqdır. Çünki Kreml növbəti hədəfdə bundan istifadə edərək iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına imkan verməz. Xəritə oyunu ilə prosesi sabotaj edər. İki ölkə 1991-ci il Alma Atı müqaviləsini rəhbər tutubsa, burada heç Rusiyanın xəritəsinə də ehtiyac yoxdur. Ona görə də Brüsseldə keçirilən görüşdə müsbət nəticə olmasa da, görüşün məhz Brüsseldə təşkil olunması irəliyə doğru addımdır.

Təbii ki, Rusiya yenidən belə bir iclası Moskvada çağıra bilər. Amma, bu kimi görüşləri təkrar təşkil etmək Moskva üçün sadəcə prosesi pozmaq məqsədi daşıyır. Brüssel formatı ən uyğun bir danışıqlar platformasıdır və tərəflər bir-birlərinin mövqelərini yaxınlaşdıra bilərlər. Bakı və İrəvan artıq Moskvaya etimad etmir.

Nikol Paşinyan bunu Rusiyanın mövqeyinin güclənməsi kimi görür. Öz hakimiyyətinə təhlükə sayır. Azərbaycanda Kremlin sülhdə maraqlı olmadığını bilir. Ona görə də Rusiyanin vasitəçiliyi iki tərəf üçün maraqlı deyil”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - Video

Səudiyyə Ərəbistanı “Sülh sammiti”ndə iştirak etməyəcək

COP29 Sədrliyinin Könüllülər Mərkəzinin açılışı olub

MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı iki vəzifəli şəxs həbs edildi

Final: "Qarabağ" - "Zirə" matçı - Start heyətlər

İƏT ölkələri turizmin üç növünün gələcək inkişafı ilə bağlı razılığa gəliblər

İsrail vətəndaşlarının Maldivə girişi qadağan edilib

Qızıl Avropa Liqası: Azərbaycan millisi son oyunda məğlub olub

Ən çox oxunanalar