Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir Anar Kərimovun 16 il öncə rəhmətə gedən bəstəkara salam göndərməsi təkzib olundu

Yalçın Adıgözəlov mənə bildirdi ki, belə bir söhbət heç zaman olmayıb...

Sosial mediada Mədəniyyət naziri Anar Kərimovun xalq artisti, bəstəkar Vasif Adıgözəlovun ölümündən xəbərsiz olması ilə bağlı yayılan məlumatlara mərhum bəstəkarın ailə üzvləri münasibət bildiriblər.

Adıgözəlovlar ailəsinin yaxın dostu, tanınmış vəkil Aslan İsmayılov AzToday.az-a açıqlamasında nazir Anar Kərimovla Yalçın Adıgözəlov arasında belə bir söhbətin olmadığını deyib.

Vəkilin sözlərinə görə, bəstəkarın oğlu Yalçın Adıgözəlov sözügedən məlumatdan sonra onunla əlaqə saxlayıb.

“Yalçın Adıgözəlov mənə bildirdi ki, belə bir söhbət heç zaman olmayıb. Vasif Adıgözəlov 2006-cı ildə rəhmətə gedib, ona qədər də uzun müddət xəstə yatıb. Bunu hamı bilir. Bildiyim qədər mədəniyyət naziri də qarabağlıdır. Onun Vasif Adıgözəlovu tanımaması mümkün deyil… ”

Bəstəkar Vasif Adıgözəlov

Aslan İsmayılov qeyd edir ki, kimin kimlə haqq-hesabı varsa, əxlaqları olsun, rəhmətə gedən adamların adlarını hallandırmasınlar…

Sözugedən məlumatda bildirilirdi ki, musiqi tədbirlərinin birində Mədəniyyət naziri Anar Kərimov Yalçın Adıgözəlova yaxınlaşaraq, ondan atasının hal-əhvalını xəbər alıb və 16 il əvvəl rəhmətə gedən Vasif Adıgözəlova salamlarını çatdırmağı xahiş edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ən çox oxunanalar