Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AQTA bu il məhv etdiyi yararsız məhsulun həcmini açıqlayıb

345 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanədək məhdudlaşdırılıb...

"Bu ilin 9 ayında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri nəticəsində 345 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanədək məhdudlaşdırılıb, 131 müəssisənin tam sağlamlaşdırılması təmin edilib".

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli mətbuat konfransında deyib.

O bildirib ki, bu sahədə şəffaflığın artırılması və işin daha səmərəli aparılması üçün bir sıra məqsədyönlü işlər görülüb.

AQTA sədri söyləyib ki, həmçinin qida obyektlərində həyata keçirilən bütün yoxlamalar planşetlərdən və yaxa kameralarından istifadə etməklə həyata keçirilir:

"Bu ilin 9 ayında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət tədbirləri nəticəsində, ümumilikdə, 115 baş, 1972 ton, 297146 litr və 37 902 ədəd qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə aid məhsulların məhv edilməsi, 20 ton məhsulun utilizasiyası təmin olunub. Təqdirəlayiq hal odur ki, son illər vaxtı keçmiş məhsulların məhv edilməsi ilə bağlı Agentliyə müraciət edən sahibkarların sayı əhəmiyyətli dərəcədə artıb. Agentlik tərəfindən həmin məhsullar məhv edilərək təkrar dövriyyəyə daxil olunmasının qarşısı alınır”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək

İsrail ordusu: Ötən il Qəzzada öldürülən 3 girovun meyitləri tapılıb

Sankt-Peterburqda hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb - Yenilənib

Lerikdə uçqun baş verən ərazi nəzarətə götürüldü

Ən çox oxunanalar