Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa Senatının ermənipərəst qətnaməsinə qarşı petisiya üçün imza toplanır

Fransada yaşayan azərbaycanlılar baxılması üçün bu ölkənin parlamentinin yuxarı palatasına təklif edilmiş anti-Azərbaycan qətnaməsi ilə bağlı Fransa Senatına və xalqına petisiya üçün imza toplayır...

İndi 32,5 mindən çox imza toplanıb ki, bu isə lazımi sayın yarısından çoxu deməkdir.

“Report” xəbər verir ki, Senatın 6 üzvünün təklif etdiyi qətnamə özündə Azərbaycana qarşı ittihamları əks etdirir, həmçinin Fransa və digər Aİ ölkələrini Azərbaycandan qaz və neft idxalına embarqo tətbiq etməyə çağırır. Qətnamənin baxılması noyabrın 15-nə təyin edilib.

"Təklif olunan qətnamə Ermənistan-Azərbaycan münaqişəsinə tamamilə birtərəfli və qərəzli baxışı əks etdirir. Müəlliflər münaqişənin yalnız bir tərəfinin - Ermənistan tərəfinin maraqlarını müdafiə edirlər. Sənəddə qarşı tərəfin - milyonlarla sadə azərbaycanlının verdiyi qurbanlara, itkilərə, ağrı-acılara məhəl qoyulmur. Günahkar tərəf kimi yalnız azərbaycanlılar təqdim edilir”, - müraciətin müəllifləri qeyd edirlər.

Onların fikrincə, dünyada ən böyük erməni diasporalarından biri məhz Fransadadır. Eyni zamanda, bu Fransa vətəndaşlarının böyük əksəriyyəti heç vaxt Ermənistanda olmayıb və münaqişə barədə tamamilə məlumatsızdır. Onların çoxunun Cənubi Qafqazda baş verənlər haqqında təsəvvürləri mətbuatda yayılan və əsasən erməni tərəfinin mövqeyini əks etdirən məlumatlar əsasında formalaşır.

"Bəzi siyasətçilər bu hisslərdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Nəticədə, Senatda belə qətnamə layihələri ortaya çıxır", - onlar əlavə ediblər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - Yenilənib

Ən çox oxunanalar